Bioqrafiyası Yuliano dünya məşhurluğunu "Yuventus"dakı çıxışı ilə əldə edib. O, 8 il (1996-2004) "Qoca Sinyora"nın uğurları üçün tər töküb. Həmin illərdə turinlilərin ən yaxşı müdafiəçilərindən biri yüz illiklərin qovşağında ölkə yığmasının da əsas futbolçularından idi. Mükafatlarının sayının çox olmasına baxmayaraq, Mark bəxtsiz oyunçu kimi tanınırdı. Çempionlar Liqasının üç final qarşılaşmasında məğlubiyyət, üstəgəl Avro-2000-in həlledici matçında uğursuzluğu unutmaq çox çətindir.
2006/07-ci illər mövsümü Təcrübəli müdafiəçi 2006-cı ilin 31 avqustunda "essina" ilə anlaşdıqdan sonra 21 oyunda iştirak etdi. Onun oyunu artıq elə də yaxşı deyildi, turnirin sonunda isə siciliyalılar elitanı tərk etdilər. Yuliano müqaviləsinin müddətini artırmadı və indi azad agent statusu ilə klubsuz qalıb.
Nailiyyətləri Avropa birinciliyinin gümüş mükafatçısı (2000), İtaliya çempionu (1997, 1998, 2002, 2003), ölkə Superkubokunun qalibi (1997, 2002, 2003), Avropa Superkuboku (1996) və Qitələrarası Kubokun sahibi (1996).
Həmçinin bax
İstinadlar
Yuliano Yuliano Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Messina FK futbolçuları Kateqoriya:Montsa FK futbolçuları Kateqoriya:Ravenna FK futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Salernitana FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular