Sətif və ya Setif (, )Сети́ф // Словарь географических названий зарубежных стран / Отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 333. — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir.

Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir.

Tarixi Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. 1838-ci ildən Fransa qarnizonunun yerləşdiyi şəhər böyük bir kənd təsərrüfatı rayonunun mərkəzinə çevrilmişdir.

İqtisadiyyat Setifdə kimya, elektrotexnika, tikinti maternalları və yeyinti sənayesi müəssisələri var. Xalçaçılıq inkişaf etmişdir.

Nəqliyyat 8 may 2018-ci il tarixində Setifdə tramvay sistemi fəaliyyətə başlamışdır. 11 dekabr 1960-cı ildə 22,4 km uzunluğunda bir xətt açılmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Setif — Britannika Ensiklopediyasında

Xarici keçidlər Setif Looklex Encyclopaedia

Kateqoriya:Əlcəzair şəhərləri