1 Avqust () Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1962-ci ildə yaradılmışdır və Çin Xalq Azadlıq Ordusunun yaradıldığı tarix şərəfinə 1 Avqust adlandırılmışdır. Komanda dünyanın 166 ölkə və regionunda beş yüzdən çox çıxış edib. Uçuşlar üçün 6 ədəd Chengdu J-10 təyyarəsi istifadə olunur.

İstinadlar

Kateqoriya:Aerobatika komandaları