Bir Tavil ( "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir.

Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. Tarixi 250px|thumb|right|Misirin iddiasını (sarı və yaşıl), Sudanın iddiasını (mavi və yaşıl), Həlaib üçbucağını (açıq yaşıl), Halfa Salient vadisi (tünd yaşıl) və Bir Tavil (Misir və Sudan arasındakı ağ ərazi) göstərən sadələşdirilmiş xəritə 250px|thumb|right|1912-ci ildə Həlaib Üçbucağı və Bir Tavil xəritəsi 250px|thumb|right|Bir Tavil 1960-cı il Amerika hərbi topoqrafik xəritəsində 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.

Hər iki dövlət müstəqillik əldə etdikdən sonra Həlaib Üçbucağı Sudanın, Bir Tavil isə Misirin nəzarətində qaldı. 1958-ci il fevralın 1-də Misir Sudandan 1899-cu il sərhədinə qayıtmağı və Həlaib Üçbucağını təhvil verməyi tələb etdi. Bunun müqabilində Misir hökuməti, daha az dəyərli ərazi - Bir Tavilə hüququndan imtina etdi. Sudan üçbucağı verməyə razı olmadı və 1902-ci il sərhədini tanıdı. Amma 1995-ci ildə Misir hərbi toqquşmalar nəticəsində üçbucağın bir hissəsini özünə qaytardı. 2000-ci ildə Həlayib Üçbucağı tamamilə Misirin bir hissəsi oldu. Beləliklə, Bir Tavillə həmsərhəd olan hər iki dövlətin buranı öz ərazisi hesab etmədiyi bir vəziyyət yaranıb.

Coğrafiyası Ərazinin ümumi sahəsi 2060 km² təşkil edir. Bir Tavilin qərbdən şərqə doğru uzunluğu şimalda 95 km-dən cənubda 46 km-ə qədər, şimaldan cənuba uzunluğu 26-dan 31 km-ə qədərdir. Bir Tavilin şimal hissəsində hündürlüyü 459 metr olan Tavil dağı, şərqdə Xəzər-əz-Zərka dağı (662 metr), cənubda Tavil vadisi yerləşir. Daimi əhalisi yoxdur. İqlimi Bir Tavil iqlimi, Köppen iqlim təsnifatına görə, çox isti səhra iqlimidir. Yaz aylarında, ilin təxminən dörddə üçü, temperatur 40 °C-dən (104 °F) yuxarı qalxa bilər. Ən isti üç ayda isə (iyun-avqust) temperatur 45 °C-ə (113 °F) çata bilər. Qısa qış zamanı (dekabr və yanvar ən mülayim aylarıdır), Bir Tavil adi temperatur olaraq 26 °C (79 °F) təşkil edir. Ərazi okeandan uzaqda (Qırmızı dənizdən ən azı 200 km (120 mil) uzaqda) yerləşdiyinə görə, bütün regionda gündəlik temperatur diapazonu böyükdür, il boyu 18 °C ilə 20 °C (32 ilə 36 °F) arasında dəyişir. Əraziyə iddialar Şimali Sudan Krallığı - 2014-cü ilin iyun ayında Amerikanın Abinqdon (Virciniya) şəhərinin sakini Ceremi Heaton əraziyə öz hüquqlarını elan etdi.Va. man plants flag, claims African country, calling it ‘Kingdom of North Sudan’ Сказочная страна // :ru:Lenta.ru, 27.05.2015.

Orta Yer Krallığı - 2015-ci ildə rus iş adamı Dmitri Jixarev özünü Bir Tavil kralı elan edib.Двое москвичей спорят с американцем за бесхозные земли в Африке // :ru:НТВРусские отхватили целую страну у американца // :ru:Ридус

İstinadlar

Xarici keçidlər

Google Sightseeing - Bir Tawil Triangle International Boundary Study

Kateqoriya:Afrikada mübahisəli ərazilər Kateqoriya:Misir coğrafiyası Kateqoriya:Sudan coğrafiyası Kateqoriya:Misirin ərazi mübahisələri Kateqoriya:Sudanın ərazi mübahisələri