Uri Seqal (; ) – İsrail dirijoru.
Karyerası 1944-cü ildə Qüds şəhərində doğulmuşdur. Qüds şəhərində yerləşən Rubin konservatoriyasında skripka çalmağı və dirijorluğu öyrənmişdir. 1966–69-cu illərdə Londonun Qildholl Musiqi Məktəbində dirijorluq təhsili almışdır. 1969-cu ildə Nyu-Yorkda baş tutan Dimitris Mitropulos Dirijorluq Müsabiqəsində ilk mükafatını qazanmış və müsabiqə nəticəsində Nyu-York Filarmonik Orkestrında Leonard Bernstaynın köməkçi dirijoru olmuşdur.
1970-ci illərdən etibarən Avropa və Amerika ölkələrinə səyahət edərək müxtəlif orkestrlarda dirijorluq etməyə başlamışdır. 1971-ci ildə Kardiff şəhərində BBC-nin Uels Milli Orkestrı və İngilis Kamera Orkestrı, 1972-ci ildə isə Çikaqo Simfonik Orkestrında dirijorluq etmişdir. 1973-cü ildə Ştutqart şəhərinin Cənubi Alman Radio Orkestrının daimi qonaq qismində çıxış edən dirijoru olmuşdur. 1980–83-cü illərdə Bornmut Simfonik Orkestrının baş dirijoru, 1981–85-ci illərdə isə Almaniyanın Macarıstan filarmoniyası orkestrının musiqi direktoru və baş dirijoru kimi fəaliyyət göstərmişdir.
1982-ci ildə İsrail Kamera Orkestrının, 1989-cu ildə isə Yaponiyada yerləşən Osaka Filarmonik Orkestrının baş dirijoru təyin edilmişdir. Onun yaradıcılığına İqor Stravinski, Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, Artur Oneqqer, Jan Franse kimi bəstəkarların əsərləri daxildir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:İsrail dirijorları