, eləcə də, digər adları ilə Con Manciro () və ya Con Mun () – ABŞ-yə gedən ilk yaponlardan biri. Yaponiyaya qayıdandan sonra Tokuqava şoqunluğu və Meyci hökuməti üçün işləməyə başlamış, tərcüməçi və təlimçi olmuşdur.
Həyatı ABŞ səfəri thumb|left|Mancironun səyahət xəritəsi (1850-ci illər). Manciro ABŞ səfərindən əvvəl 1827-ci ildə Tosa əyalətində doğulmuş adi balıqçı idi. 1841-ci ildə Manciro dörd balıqçı ilə birlikdə dənizdə qəzaya uğramış və Tokionun 570 kilometr cənubunda yerləşən və heç kimin yaşamadığı Torişima adasında quruya çıxmışdır. Dörd ay sonra ABŞ-yə məxsus "John Howland" balina ovu gəmisi onları xilas etmişdir. Gəmi onu yoldaşlarını Havay adalarında qoysa da, kapitan Vilyam Vitfild Mancironun intellektindən təsirlənmiş və onu ABŞ-yə dəvət etmişdir. Vitfildin dəstəyi ilə o, Massaçusets ştatının Feyrheyven şəhərində yerləşən məktəbdə oxumuş, çəlləkçilik və balina ovu ilə məşğul olmuşdur. 1849-cu ildə Kaliforniyaya gedərək qızıl hərisliyində iştirak etmişdir.
Manciro ABŞ-də qazandığı pullarla gəmiyə minmiş və 1851-ci ildə Okinava vasitəsilə Yaponiyaya qayıtmışdır. Tokuqava şoqunluğu Yaponiyanı tərk etməyi qadağan etdiyi üçün Manciro Naqasakidə sorğu-sual edilmiş, lakin 1852-ci ildə Tosa əyalətinə qayıtmasına icazə verilmişdir. Tosa əyalətinin yerli daymyosu Mancironu işə götürmüşdür.
Yaponiyada fəaliyyəti 1853-cü ildə ABŞ kommodoru Metyü Perri Yaponiyaya gəlib şoqunluqdan ölkənin ticarət üçün açılmasını tələb edəndə Manciro tərcüməçi kimi çağırılmışdır. 1855-ci ildə isə Naqasaki Donanma Təlimi Mərkəzində təlimçi olmuşdur. 1859-cu ildə Yaponiya limanlarının ABŞ ticarəti üçün açılmasından sonra "Anqlo-amerikan söhbəti üçün qısayol" adlı ilk ingilisdilli lüğəti nəşr etmişdir.
1860-cı ildə Harris müqaviləsini ratifikasiya etmək üçün ABŞ-yə göndərilmiş Yaponiya nümayəndəliyində Manciro baş tərcüməçi kimi iştirak etmişdir. 1864-cü ildə ingilis dili, balina ovu və naviqasiya dərsləri verməsi üçün hökumət tərəfindən Satsuma hanına dəvət edilmişdir. 1868-ci ildəki Meyci islahatından sonra yeni hökumət tərəfindən Kaysey məktəbində təlimçi təyin olunmuşdur.
Manciro Yaponiyada həvəskar fotoqrafiya ilə məşğul olmuş, 1860-cı ildə Edo şəhərinin dagerotipiyalarını çəkərək fotoqrafiyanı bacaran ilk yaponlardan biri olmuşdur. O, ABŞ-dən qayıdanda özü ilə kamera gətirmişdir. 1860-cı ildə həyat yoldaşı Tetsukonun fotoportretini çəkmişdir. 1860–1862-ci illər arasındakı bir tarixdə Tokioda kommersiya məqsədli fotostudiya açmışdır. Uğurlu olsa da, daha sonra biznesini bir dostuna satmışdır.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Kimsəsiz adaya və ya sahilə sürüklənənlər Kateqoriya:Yaponiya tərcüməçiləri Kateqoriya:Yaponiya dənizçiləri Kateqoriya:ABŞ–Yaponiya münasibətləri Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Tokio Universitetinin müəllimləri