, eləcə də, digər adları ilə Cozef Heko () və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir.
Həyatı thumb|left|1851-ci ildə.|170px
ABŞ səfəri Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi.
Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır. Burada gömrük məmuru B. Sanderslə tanış olmuş və onun köməyi ilə 1852-ci ilin avqustunda Baltimora gəlmişdir. Səyahət zamanı ilk dəfə qatara minmiş və teleqrafla tanış olmuşdur. 1854-cü ilin oktyabrında katolikliyi qəbul etmiş və bundan sonra Cozef Heko kimi tanınmağa başlamışdır. 1858-ci ilin iyununda ABŞ vətəndaşlığına qəbul edilmişdir.
Yaponiyaya qayıdışı Hamada Yaponiya üçün darıxmış və bir neçə cəhddən sonra 1858-ci ilin sentyabrında dostu Con Merser Brukdan icazə alaraq onun Yaponiya yaxınlığından keçəcək tədqiqat gəmisinə minmişdir. Şanxayda olanda ABŞ-nin Yaponiyadakı ilk səfiri Taunsend Harrislə tanış olmuş və onun təklifi ilə ABŞ-nin Kanaqavadakı konsulluğunda tərcüməçi olmuşdur. Hamada 1859-cu ilin iyununda Yokohamaya çatmışdır. 1860-cı ildə "Kanrin Maru" gəmisi ABŞ-yə yola düşəndə Hamadanın təklifi ilə Bruk gəminin texniki məsləhətçisi seçilmişdir. Hamada 1860-cı ildə konsulluğu tərk edərək Yokohamada öz ticarət şirkətini açmışdır.
Hamada 1861-ci ildə yenidən ABŞ-ni ziyarət etmiş və 1862-ci ilin martında Abraham Linkolnla görüşmüşdür. Yaponiyaya qayıdandan sonra 1864-cü ilin iyununda Kişida Qinko və digər şəxslərlə birlikdə Yaponiyanın ilk müasir qəzeti olan "Kaigai Shinbun" qəzetini nəşr etdirmişdir. Qəzet dünyada baş verən hadisələr haqqında xəbərlər paylaşsa da, 18-ci buraxılışından etibarən ABŞ tarixi haqqında yazılara və Yaradılış kitabının tərcüməsinə yer ayırmağa başlamışdır. Hamada öz bacarıqlarını biznes sahəsinə həsr etmək istədiyi üçün qəzet 26-cı buraxılışından sonra fəaliyyətini dayandırmışdır. Meyci dövrünün ilk illərində Maliyyə nazirliyində işləmişdir.
Hamada iki avtobioqrafiyanın müəllifi olmuşdur. "Qəzaya uğrayanın qeydləri" 1863-cü ildə yapon dilində, "Bir yaponun hekayəsi" isə 1895-ci ildə ingilis dilində nəşr olunmuşdur.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın iş adamları Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:Yaponiya jurnalistləri Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Yaponiyanın Roma katolikləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Yaponiyadan ABŞ-yə mühacirət edənlər