Azərbaycanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin iyun ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri.

Zəmin 2015-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 17 noyabr 2015-ci il tarixli iclasında bitərəf namizəd Qalib Qarayev və Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyevin şikayətinə baxaraq 90 saylı Ağdaş seçki dairəsi üzrə seçki nəticələrinin ləğv edilməsi haqda 50/342 saylı qərar qəbul etmişdir. Yekun protokol 18 noyabr 2015-ci ildə qəbul edilmişdir.

Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. 24 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu keçirilmiş və iclasda 90 saylı Ağdaş seçki dairəsinin seçki nəticələri ləğv olunmaqla seçki nəticələri təsdiq edilmişdir.

2015-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə bitərəf Eynulla Həmid oğlu Əhmədov, bitərəf siyasətçi, sabiq deputat Çingiz Rauf oğlu Əsədullayev, Yeni Azərbaycan Partiyasının üzvü və vahid namizədi İlqar Mahir oğlu Vəliyev, bitərəf siyasətçi, Ağdaş bələdiyyəsinin sədri Qalib Aslan oğlu Qarayev və bitərəf Pərviz Mustafa oğlu Mustafayev deputat mandatı uğrunda yarışmışdır. Lider namizəd isə sabiq deputat, bitərəf siyasətçi Çingiz Əsədullayev olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 aprel 2016-cı ildə 90 saylı Ağdaş seçki dairəsi üzrə 18 iyun 2016-cı il tarixinə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi ilə bağlı 1948 nömrəli sərəncam imzalamışdır.

Partiyalardakı vəziyyət Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 2015-ci il parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 5068 səs toplayaraq 5650 səs toplayan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin ardınca seçkiləri ikinci sırada tamamlamışdır. İqbal Ağazadənin şikayətləri əsasında 5 seçki məntəqəsinin seçki nəticələri dairə seçki komissiyası, 1 seçki məntəqəsinin seçki nəticəsi isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdir. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçki nəticələrinin ləğv olunması gözlənilmiş, namizəd İqbal Ağazadə 3 məntəqə xaric olmaqla bütün seçki protokollarının əlində olduğunu və bu protokollara əsasən qalib olduğunu iddia etmişdi. Onun iddiasına görə protokolu olmayan 3 seçki məntəqəsi üzrə rəqibi Araz Əlizadənin xeyrinə 2800 səs yazılmışdı. Bütün bu iddialara baxmayaraq seçki nəticələri bu dairədə ləğv olunmadı.

Namizədlər Seçki nəticələrinin rəsmi təsdiqinin və təkrar seçkilərin elanından sonra sabiq deputat, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə seçkilərdə iştirak edəcəyini açıqlamışdır.

Ümumilikdə 8 nəfər 90 saylı Ağdaş seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürmüşdür ki, onlardan 6-sı bitərəf, 1-i Azərbaycan Ümid Partiyasının üzvü, 1-i Yeni Azərbaycan Partiyasının üzvü idi. Həmçinin bu 8 nəfərdən heç biri 2015-ci il parlament seçkilərində 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyi irəli sürməmişdi. Namizədlərdən bitərəflər Anar Zamin oğlu İbrahimli, Elmir Şahsəlim oğlu Gözəlov, Əli Bəkir oğlu Haqverdiyev, Rəşad Mustafa oğlu Abdullayev və Rəşid Qalib oğlu Gözəlov idi. Yeni Azərbaycan Partiyası partiyanın 2007-ci ildən Ağdaş Rayon Təşkilatının sədri olmuş Cavid Hikmət oğlu Osmanovun, Azərbaycan Ümid Partiyası isə partiyanın 2002-ci ildən sədri olmuş İqbal Fehruz oğlu Ağazadənin namizədliyini irəli sürmüşdür. Namizədlərdən ən yaşlısı 1967-ci il təvəllüdlü Əli Haqverdiyev, ən gənci isə 1988-ci il təvəllüdlü Anar İbrahimli olmuşdur.

Seçki günü Seçkiləri 500-dən artıq yerli müşahidəçinin izləyəcəyi deyilmişdi. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinə daxil olan deputat Alan Desteks və AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax və rumıniyalı deputat Sezar Florin Preda müşahidə apardı. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçmişdi.

Seçki günü 40202 seçicidən saat 10:00-a olan məlumata görə 4517-si (11.2%), 12:00-a olan məlumata görə 10369-u (25.8%), 15:00-a olan məlumata 16114 (40.1%), 17:00-a olan məlumata görə 19532-si (48.6%),, 19:00-a olan məlumata görə isə 23292-si (57.9%) iştirak etmişdir.

Ümumi Məntəqə sayı30Seçici sayı40 203Səslərin sayı23 292Seçici aktivliyi57.94%Deputat sayı1

Seçki nəticələri

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatının təkrar seçkilərilə bağlı səsvermənin yekun nəticələri haqqında 26 iyun 2016-cı ildə iclas keçirmiş, iclasda seçkilərin yekun nəticələri təsdiqlənmişdir. Nəticələrə əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Cavid Həmid oğlu Osmanov deputat seçilmişdir.

Partiyalara görə PartiyaSədrTopladığı səsSəs faizi (%)Mandat sayıAzərbaycan Ümid Partiyasıİqbal Ağazadə1 8027.840Yeni Azərbaycan Partiyasıİlham Əliyev19 67485.561Bitərəf -1 5186.600Cəmi22 994100.001Etibarsız səs298——

Dairə üzrə PartiyaNamizədTopladığı səsSəs faizi (%)BitərəfAnar İbrahimli2951.28Yeni Azərbaycan PartiyasıCavid Osmanov19 67485.6BitərəfElmir Gözəlov2531.10BitərəfƏli Haqverdiyev3411.48Azərbaycan Ümid Partiyasıİqbal Ağazadə1 8027.84BitərəfRəşad Abdullayev4091.78BitərəfRəşid Gözəlov2200.96Etibarlı səslərin sayı22 994100Etibarsız səslərin sayı298-

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycanda əlavə, təkrar və yeni parlament seçkiləri Kateqoriya:2016-cı ildə seçkilər Kateqoriya:2016-cı ildə Azərbaycan