Kurqantepa (, ) — Özbəkistanın şərqindəki Əndican vilayətində, Kurqantepa rayonunun kiçik şəhəri. Oşdan təxminən 30 kilometr (19 mil) şimalda, Qırğızıstanla sərhəddə yerləşir. 1989-cu ildə 19,565, 2016-cı ildə isə 30,800 əhalisi qeydə alınmışdır. 1976-cı ildə Kurqantepaya şəhər statusu verildi. Şəhərdə pambıq zavodu, alət zavodu və tikiş fabriki var. Şəhər Özbəkistan Dəmir Yolları Əndican-Karasu xəttində yerləşir.
İstinadlar
Kateqoriya:Özbəkistan şəhərləri