Thumb|border|right|406x406px|Vyetnamın bölgələrini göstərən xəritə.

Vyetbak — Vyetnamın şimalında, Çinlə sərhədə bitişik, dağlıq və meşəlik ərazi.

Tarixi 1947-ci ilin payızında fransızlar o zamanlar Vyetbakda yerləşən Vyetmin rəhbərliyinin qərargahını ələ keçirməyə cəhd etmiş, lakin böyük məğlubiyyətə uğramış və ağır itkilər verərək geri çəkilməyə məcbur qalmışdılar.Война Сопротивления вьетнамского народа 1945-54 // Большая советская энциклопедия : [в 51 т.] / гл. ред. С. И. Вавилов. — 2-е изд. — М. : Советская энциклопедия, 1949—1958.

Vyetbakdakı məğlubiyyətdən sonra, 1948–1950-ci illərdə müharibədə qüvvələr balansı dövrü başlamışdır. Fransa hücum əməliyyatlarından imtina etmiş, Şimali Vyetnamın işğal etdiyi rayonlarının strateji müdafiəsinə keçmiş və "vyetnamlıların öz əlləri ilə vyetnamlılara qarşı vuruşmaq" qərarına gəlmişdir. 1948-ci ilin mayında müstəmləkəçilər işğal olunmuş ərazilərdə Nquyen Suanın rəhbərliyində kukla hökumət yaratmış və bir il sonra keçmiş imperator Bao Dayın başçılıq etdiyi Vyetnam Dövlətinin yaradıldığını elan etmişdilər.

Hind-Çin müharibəsi 1949-cu ildə Vyetmin təşkilatı kiçik zonalardan daha böyük ərazilərə keçid etmişdir. Eyni zamanda, əvvəllər mövcud olan I və X zonalarından "Zonalararası vyetbak" formalaşmışdır. İnterzona Çin və Laosla sərhədi, həmçinin Şimal Deltasının böyük hissəsini əhatə edirdi. Təşkilat 1957-ci ilin iyununda tərk edilmişdir.Christopher Goscha: Historical Dictionary of the Indochina War (1945—1954), Kopenhagen, 2011, S. 233

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Лев Вишня // Первая Индокитайская война 1945—1955 В октябре 1947 года французские войска попытались взять под контроль Вьетбак, однако столкнулись с серьёзным сопротивлением сил ДРВ и понесли значительные потери. Отступление во Вьетбак командование силами ДРВ использовало для укрепления своей армии и повышения уровня её подготовки… Kateqoriya:Birinci Hind-Çin müharibəsi Kateqoriya:Vyetnam coğrafiyası