thumb|Hind-Çin İttifaqı daxilində Tonkin protektoratı. Bakbo (), həmçinin Tonkin () — Vyetnamda tarixi və coğrafi region. Vyetnamın ən şimal və geniş hissəsidir
Tarixi Bakbo Fransa Hind-Çini dövründə general Eduard Jamon komandanlığı altında Fransa ordusu tərəfindən fəth edilmiş və "Tonkin protektoratı" adlandırılmışdır.Pierre Brocheux et Daniel Hémery, Indochine : la colonisation ambiguë 1858-1954, La Découverte, 2004, p. 78-81L'Indochine française pendant la Seconde Guerre mondiale , Jean-Philippe Liardet
1954-cü ildə Cenevrə razılaşmasının nəticələrinə görə, Tonkin və Annamın şimal hissəsi (17-ci paralelə qədər) Şimali Vyetnamın (VDR) bir hissəsi olmuşdur. 1964-cü ilin avqustunda ABŞ-nin Vyetnam müharibəsinə açıq müdaxiləsinin başlanmasının səbəblərindən biri Tonkin körfəzi olayı adlanan hadisə idi. Burada ABŞ və Şimali Vyetnam donanmalarının iştirak etdiyi iki epizod baş tutmuşdur.
Hal-hazırda Bakboya Vyetnamın 16 əsas inzibati vahidi, o cümlədən 14 vilayət, Hanoy və Hayfonq şəhərləri daxildir.
İstinadlar
Kateqoriya:Fransa Hind-Çini Kateqoriya:Vyetnam coğrafiyası Kateqoriya:1945-ci ildə yaranmış dövlətlər və ərazilər