İslam Abdulla oğlu Hacıyev () — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR xalq daxili işlər komissarının müavini.
Həyatı İslam Hacıyev 1889-cu ildə Şuşa qəzasının Şuşa şəhərində doğulmuşdur. 1904-cü ildən Bakıda neft mədənlərində işləmişdir.
1918–1919-cu illər Bakıda Qırmızı Qvardiya və Həştərxanda Dəmir Polk tərkibində əks-inqilabçılara qarşı vuruşmuşdur.
Siyasi fəaliyyəti İslam Hacıyev 1917-ci ilin may ayından etibarən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
İslam Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə inqilabi hərəkata qoşulmuşdur.
Aprel işğalından sonra İslam Hacıyev Şuşa Qəza Milis İdarəsinin rəisi olmuşdur. İslam Hacıyev Şamxor və Şamaxı qəza icraiyyə komitələrinin sədri olmuşdur. 1929–1930-cu illərdə o, xalq daxili işlər komissarının müavini, Qarabağ Mahal İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. İslam Hacıyev 1931–1935-ci illərdə Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Yol-Nəqliyyat İdarəsinin rəisi, Göyçay Rayon İcraiyyə Komitəsinin sədri və s. kimi məsul vəzifələrdə çalışmışdır.
İslam Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.
Mükafatları İslam Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Şamaxı Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Şamxor Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri