Hesselilər () — ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya ordusu tərəfindən döyüşən etnik alman döyüşçülər. Hesselilər termini Böyük Britaniya tərəfində döyüşən bütün almanlar üçün istifadə olunan Amerikan sinekdoxudur, çünki 65%-i Almaniyanın Hessen-Kassel Knyazlığı və Hessen-Hanau əyalətlərindən gəlmişdir.

Öz nizam-intizamı və döyüş şücaəti ilə tanınan, hesselilərin sayı müharibənin ən qızğın dövründə 30.000 nəfər çatmışdır ki, bu da Böyük Britaniya Quru Qoşunlarının ümumilikdə 25%-ni təşkil etməsi anlamına gəlirdi.

Həm çağdaş, həm də tarixi aspektdən muzdlu əsgərlər kimi qəbul edilsə də, hesselilər qanuni olaraq köməkçi kimi fəaliyyət göstərirdilər. Muzdlular öz istəkləri ilə xarici hökumətə xidmət edərkən, köməkçilər öz hökumətləri tərəfindən xarici tərəfə icarəyə verilən əsgərlər idilər. Köməkçilər daha çox kiçik və nisbətən yoxsul Alman dövlətləri üçün əsas gəlir mənbəyi idi, adətən hökumətlərinin neytral olduğu müharibələrdə xidmət edirdilər. Bu dövrün əksər köməkçi qoşunları kimi, hesselilər də xarici ordularla birlikdə bütöv birliklər şəklində xidmət edirdilər, öz bayraqları altında döyüşürdülər, öz zabitləri tərəfindən idarə edilir və mövcud formalarını geyinirdilər.

Hesselilər İstiqlaliyyət Müharibəsində, xüsusən də şimal cəbhəsində mühüm rol oynadılar. Onlar bir çox döyüşlərdə, xüsusilə Vayt Pleynzs və Fort Vaşinqtonda xidmətdə fərqlənmişdilər. Alman qoşunlarının əlavə işçi qüvvəsi kimi göstərdiyi dəstək və onların bacarığı Böyük Britaniyanın müharibəni davam etdirmək planlarını dəstəklədi, digər tərəfdən bu kolonistləri qəzəbləndirdi və inqilabçılara dəstəyi artırdı.

Xarici muzdluların böyük ordularının istifadəsi Amerika Birləşmiş Ştatların Müstəqillik Bəyannaməsində Kral III Georqa qarşı kolonyaların qəbul etdiyi 27 şikayətdən biri idi. Patriotlar Böyük Britaniyanın müstəmləkəçilərin hüquqlarını pozması ilə bağlı fikirlərini əsaslandırmaq üçün hesseliləri Böyük Britaniya qoşunlarının tərkibində döyüşməsi faktından istifadə edirdilər.Benjamin Franklin, "The Sale of the Hessians", (1777).

Tarix Xarici əsgərlərin istifadəsi XVIII Avropasında qeyri-adi hal hesab edilmirdi. ABŞ İstiqlal müharibəsinə qədər olan iki əsrdə qitə daimi müharibə meydana idi və hərbi işçi qüvvəsinə çox böyük tələbat var idi. Almaniya hələ vahid dövlət deyildi, lakin Müqəddəs Roma İmperiyası altında sərbəst şəkildə təşkil edilmiş yüzlərlə dövlətin birləşməsi idi. Bu dövlətlər arasında qarşıdurma təcrübəli və yaxşı təlim keçmiş peşəkar orduların yaradılmasına səbəb oldu. Bir çox alman cəmiyyətləri hərbiləşdi, kişilərin çoxu yeniyetməlikdən yetkinliyə qədər illik təlim keçir, çox vaxt ömür boyu və ya çox qocalana qədər xidmət edirdilər.Charles Ingrao, The Hessian Mercenary State, (Cambridge: Cambridge University Press, 2003), p. 2.

Alman dövlətləri ərazi və sərvət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirdi və bir çoxları xüsusən daimi ordunun saxlanması baha başa gəldiyi üçün öz qoşunlarına iqtisadi resurs kimi baxırdı. Avropada tez-tez bu dövr üçün xarakterik olan hərbi qarşıdurma başlayanda, Alman dövlətləri dərhal hərbi əməliyyata girməyə hazır olan təlim keçmiş qoşunları hazır vəziyyətə gətirirdilər. Hessen-Kassel zadəganlığı tezliklə Hessian əsgərlərinin ən tanınan bazası kimi ortaya çıxdı. Nisbətən az əhalisi olmağına baxmayaraq böyük bir peşəkar ordu yaradan Hesse-Kasselin XVIII əsrdə əhalisinin təxminən 5,2%-6,7%-i orduda xidmətdə edənlərdən ibarət idi və bu hər dörd ailədən birində orduda xidmət edən bir nəfərin olmağı deməkdir. thumb|left|320px|Hesseli muzdlu bələdçinin Böyük Britaniya tərəfindən ABŞ İstiqlal müharibəsinə qatılmasını təsvir edən rəsm əsəri. Bu sayla onlar hətta ağır hərbiləşdirilmiş Prussiyadan da böyük nisbəti təmsil edərək Avropanın ən hərbiləşdirilmiş dövlətinə çevrildi. Prussiya qismən digər alman əyalətlərindən olan muzdlulara arxalanırdı, lakin Hesse-Kassel yalnız yerliləri (hərfi mənada torpaq uşaqları və ya yerli kişilər) işə götürürdü. Ölkədə əsas qüvvə ordu idi. Uşaqlar 7 yaşında hərbi xidmət üçün qeydiyyata alınırdılar. 16 yaşından 30 yaşına qədər olan bütün Hesseli kişilər ildə 1 dəfə hərbi toplanışlarda iştirak etməli idilər. Yalnız ölkə üçün həyati əhəmiyyət kəsb edən sahələrdə çalışan kişilər bundan azad edilirdi. Avaralar və işsizlər kimi sinifləndirilən (yararsız insan kapitalı) şəxslər istənilən vaxt hərbi xidmətə çağırıla bilərdilər.

Hessian hərbi xidməti xüsusilə sərt və tələbkar idi, amansız cəza (Drakon qanunları) vasitəsilə dəmir nizam-intizam təmin olunurdu. Bununla belə, orduda əhval-ruhiyyə yüksək idi və əsgərlərin xidmətdən qürur duyduğu deyilirdi. Zabitlər adətən yaxşı təhsil alırdılar və əksər Avropa ordularından fərqli olaraq, bacarıq və qabiliyyətləri əsasında irəli çəkilirdilər. Əsgərlərə nisbətən yüksək əməkhaqqı verilir, onların ailələri müəyyən vergilərdən azad edilirdi. Talançılıq rəsmi olaraq qadağan edilsə də, hərbi xidmət üçün əlavə stimul mənbəyi idi və geniş yayılmışdı. Ümumiyyətlə, Hessian qoşunları hətta rəqibləri tərəfindən də üstün döyüşçülər hesab olunurdular.

Hessi ordusu iqtisadi gücün əsas mənbəyinə çevrildi. Hesse-Kassel öz silahlarını və uniformalarını istehsal edirdi və onun toxuculuq sənayesi ordunu təmin etmək nəticəsində o qədər inkişaf edirdi ki, bu sənaye sahəsində çalışan işçilər hər gün ət və şərab ala bilirdilər. Ordunun ingilislərə icarəyə verilməsindən əldə edilən gəlir təxminən Hesselilərin 13 illik vergiyə cəlb olunmasından əldə olunana bərabər idi. Nəticədə bu gəlirlər sayəsində II Fridrix 1760-1784-cü illər arasında əhaliyə qoyulan vergiləri üçdə bir qədər azaltmağa nail oldu. Özünü maarifpərəst despot adlandıran II Fridrix həmçinin ictimai layihələrə nəzarət edir, ictimai rifah sistemini idarə edir və əhalini təhsilə almağa təşviq edirdi.

Amerikalı tarixçi Edvard Cekson Louell II Fridrixi Böyük Britaniya pullarını ağılla xərclədiyinə görə tərifləyərək onu Amerikaya muzdlu əsgərlər göndərən şahzadələrin ən az nüfuza malik olanlarından biri” kimi təsvir etmişdir. ABŞ İstiqlal müharibəsindən əvvəl Hessian əsgərləri XVIII əsr Avropasında döyüş meydanları ilə tanış idilər. 1706-1707-ci illər arasında 10.000 hesseli, 1708-ci ildə İspan Hollandiyasına köçməzdən əvvəl Savoylu Yevgeninin İtaliyadakı ordusunda bir korpus kimi xidmət etmişdir.

1714-cü ildə 6.000 hesseli, Rusiya imperiyası ilə müharibə üçün İsveç imperiyasına icarəyə verildi. Böyük Britaniya kralı I Georq 1715-ci ildə Yakobit üsyanı ilə mübarizə aparmaq üçün 12.000 hesseli döyüşçüsünün gücündən icarə müqaviləsi əsasında istifadə etmişdir. 1744-cü ildə Avstriya taxt-tacı uğrunda müharibənin ortasında Flandriyada 6000 hesseli ingilis ordusu ilə döyüşürdü, digər 6000 nəfər isə Bavariya ordusunda idi. 1762-ci ilə qədər Almaniya imperiyasında 24.000 Hesseli Ferdinand Brunzvik ordusu ilə birlikdə xidmət edirdi.

Bu müharibələrin əksəriyyətində Hesse-Hanaulular heç vaxt formal olaraq münaqişə tərəfi olmayıb. Hesse ordusunun üzvləri olaraq qaldıqlarına və hətta öz milli geyimlərində döyüşdüklərinə baxmayaraq, hökumətlərinin münaqişədə heç bir payı olmadan başqa ordularda icarə əsasında xidmətə götürülürdülər. Beləliklə, Hesselilər eyni münaqişənin əks tərəflərində xidmət edə bilərdi. Avstriya taxt-tacı uğrunda gedən müharibədə həm Böyük Britaniya, həm də Bavariya tərəfi bir-birinə qarşı hesseli əsgərlərini icarəyə götürmüşdür. Yeddiillik müharibədə Hessen-Kassel qüvvələri həm ingilis-hannover, həm də Prussiya orduları ilə fransızlara qarşı xidmət edirdi. Hesse-Kassel texniki cəhətdən Böyük Britaniya və Prussiya ilə müttəfiq olsa da, onun qoşunları faktiki olaraq ingilislərə icarəyə verilmişdi.

Köməkçilərin icarəyə verilməsi təcrübəsi bəzən birbaşa mənfi nəticələr doğururdu. 1758-ci ilin iyulunda, Yeddiillik müharibənin gedişində Hessen-Kasselin çox hissəsi, paytaxtı da daxil olmaqla, 6.000 hesseli milisdən ibarət daxili müdafiə qüvvələrini asanlıqla məğlub edən Sobiz şahzadəsi Şarl de Rohanın rəhbərliyi altında Fransız ordusu tərəfindən işğal edildi. Sobiz şəhzadəsi, hesseli qoşunlarını Yeddiillik müharibədən çəkilməyə məcbur etmək məqsədi ilə öz qoşunlarına özlərini zəruri məhsulla təmin etməyi, yüksək rütbəliləri girov götürməyi, pul və məhsul tələb etməyi əmr etdi. Hesseli və müttəfiq qüvvələr vətənlərini azad etməyə cəhd etdilər, lakin 23 iyulda Sanderşozen döyüşündə Sobiz şəhzadəsi onları məğlub etdi. 1761 və 1762-ci illərdə Kasselin iki dəfə mühasirəsindən sonra paytaxt hesselilər tərəfindən geri alındı ki, bu da müharibənin son hərbi qarşıdurması idi.

Muzdlular və köməkçilər thumb|right|350px|Rəssam Con Trumbol tərəfindən çəkilmiş 1776-cı ilin 26 dekabrında Tretonda hesselilərin saxlanılması adlı tablo. Əsərdə, Trenton yaxınlığında əsir götürülmüş hesseli polkovnik İohann Rall və ABŞ İstiqlal müharibəsinin generallarından Corc Vaşinqton birlikdə təsvir edilmişdir. Sonradan ABŞ-nin ilk Prezidenti olacaq Vaşinqton, yaralı vəziyyətdə olan polkovnik Ralla tibbi xidmət təklif edir. Hesseli qoşunlarının muzdlu döyüşçülər kimi səciyyələndirilməsi iki əsr keçsə də mübahisəli olaraq qalır. Amerika tarix dərsliklərində onlara “muzdlu döyüşçülər” deyilir və onlar hələ də insanların təsəvvürlərində belə də qəbul edilir. Amerikalı tarixçi Çarlz İnqrao hesseliləri dövlət xərclərini maliyyələşdirmək üçün şahzadəsi tərəfindən öz qoşunlarını icarəyə verən muzdlu dövlət kimi təsvir edir.Charles W. Ingrao, The Hessian mercenary state: ideas, institutions, and reform under Frederick II, 1760–1785 (Cambridge University Press, 2003) Bunun əksinə olaraq, İngilis tarixçisi Stiven Konvey onları köməkçi adlandırır. Hərbi tarixçilər Dennis Şovalter və Rodney Ətvud qeyd edirlər ki, hesselilər öz yaşadıqları dönəmdə qanuni olaraq muzdludan daha çox köməkçilər hesab olunurdular. Muzdlular xarici hökmdara fərdi olaraq xidmət etdiyi halda köməkçi qüvvələr dövlət tərəfindən idarə olunurdu və onların xarici dövlətə xidməti peşəkar muzdlularla birbaşa rəqabət mühitində aparılırdı Atwood (1980), page 8 Bənzər nümunələrdən biri kimi XX əsrdə Mərakeşli Qumyerlərin Afrikanın Fransız Ordusuna köməkçi qüvvələr kimi qoşulmaqları göstərilməkdədir.

Hesselilər müasir beynəlxalq hüquqa görə muzdlular kimi təsnif edilə bilməz. Cenevrə Konvensiyasının I Protokolu (1977) muzdlulara aşağıdakı tərifi verir;

I Protokol həmçinin muzdludan “münaqişə tərəfi tərəfindən və ya onun adından həmin tərəfin silahlı qüvvələrində oxşar rütbə və funksiyalara malik döyüşçülərə vəd ediləndən əhəmiyyətli dərəcədə artıq maddi təzminat vəd edilməsini və ya ödənilməsini tələb edir.

Hesselilərdən təşkil edilmiş hərbi birləşmələr Amerika Birləşmiş Ştatlarında Hessen-Kassel və Hessen-Hanau silahlı qüvvələrinin tərkibində rəsmi vəzifədə xidmət edirdilər. İngilis ordusuna formal olaraq daxil olmasa da, hesseli hərbi birləşmələrinə İngilis əsgərləri ilə eyni maaş verilirdi.

ABŞ İstiqlal müharibəsi zamanı xidmətləri

Böyük Britaniya nisbətən kiçik daimi orduya sahib idi, ona görə də ABŞ İstiqlal müharibəsinin əvvəlində Böyük Britaniyanın orduya böyük ehtiyacı var idi. Bu ehtiyacı fürsət kimi dəyərləndirən bir neçə alman şəhzadəsi özlərinin nizami ordu hissələrini Amerikada xidmət göstərmək üçün Böyük Britaniyaya icarəyə vermişdir. Onların qoşunları Böyük Britaniya ordusunda xidmətə fərdlər kimi deyil, bütöv birliklər halında, hərbi formaları, bayraqları, texnikası və zabitləri ilə daxil olublar. 230px|left|thumb|Trenton döyüşündən sonra əsir götürülmüş hesseli əsgərlərin, ABŞ İstiqlal müharibəsi zamanı inqilabçıların (Amerika Birləşmiş Ştatları nəzərdə tutulur) paytaxtı olaraq tanınan Filadelfiya şəhərinə gətirilməsini təsvir edən qravüra.