– Yaponiya tarixçisi, pedaqoqu və arxeoloqu.

Həyatı Yonekiçi Miyake 1860-cı ildə Vakayama hanında doğulmuşdur. Keyo özəl məktəbində təhsil alsa da, məzun olmadan məktəbdən çıxmışdır. Bundan sonrakı biliklərini öz səyləri ilə qazanmışdır. 1881-ci ildə Tokio Ali Normal Məktəbində dərs verməyə başlamış, müasir tədris metodlarını öyrənmək üçün 1885–86-cı illərdə ABŞ və İngiltərəyə səyahət etmişdir. 1890-cı ildə Tokio İmperiya Evi Muzeyinin işçisi olmuş, 1922–23-cü illərdə muzeyin direktoru vəzifəsini tutmuşdur. 1929-cu ildə Tokio Bunrika Universitetinin ilk prezidenti seçilmişdir.

Miyakenin tədqiqat sahəsi İpək yolunun tarixi, eləcə də, Kvanqetho abidəsi və 57-ci ildə Çin imperatoru tərəfindən Yaponiya hökmdarına verilmiş qızıl möhür kimi qədim yazılar olmuşdur. O, antropoloji və arxeoloji tapıntılarla tarix elmini inkişaf etdirməyi dəstəkləmişdir. Miyake Nippon Arxeologiya Cəmiyyətinin əsasını qoymuşdur. Əsas əsərləri 1929-cu ildə "Miyake Yonekiçi çocutsuşu" ("Yonekiçi Miyakenin əsərləri") adı ilə nəşr olunmuşdur.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya arxeoloqları Kateqoriya:Yaponiya tarixçiləri Kateqoriya:XX əsrin arxeoloqları Kateqoriya:Muzey direktorları