Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası və iqlimi Kənd Coğaz çayının sahilində, dağın ətəyində yerləşir.
Toponimikası 250px|thumb|right|Dəmirçilər xalçaları, XIX əsr, Azərbaycan Xalça Muzeyi Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir.
Əhalisi 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən kənddə 1489 nəfər əhali yaşayır. Əhalinin 736 nəfəri kişilər, 753 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri