250px|thumb|right|Atlantik səddinin xəritəsi.

Atlantik səddi və ya Atlantik divarı () — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır.Энциклопедический словарь. 2009. «Атлантический вал».

Zəmin İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi. Şiddətli mübahisələrdən sonra Hitler gözləməyə razı olmuşdur. 1940-cı ilin mayında üç böyük Almaniya ordusu qrupu altı həftədən bir qədər çox müddət ərzində Fransa və Benilüks ölkələrini ələ keçirmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Nəşr

Onlayn

Media

Xarici keçidlər

The Atlantikwall at Omaha Beach

Kateqoriya:Divarlar Kateqoriya:Nasist Almaniyası memarlığı Kateqoriya:Atlantik okean Kateqoriya:İkinci Dünya müharibəsi