Bad — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Bad oyk, sadə. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb. dilinin dialekt və şivələrində, qədim abidələrin dilində bad "tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanmış palçıq, bu palçıqdan qurulan təndir və ya kəsilən kərpic, saxsı qab"; "su arxının kənarı"; "ağac qabığı" mənalarında işlənir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri