Eyforiya () — Sem Levinson tərəfindən HBO üçün yaradılmış amerikan yeniyetmə drama serialı, Ron Leşem və Dafna Levinin yaratdığı eyniadlı İsrail serialından əsaslanmışdır. Serialın baş qəhrəmanı Ru Bennet (Zendaya) narkomaniya ilə mübarizə aparır.

Eyforiyanın icraçı prodüserləri arasında Levinson, Zendaya, Ron Leşem və Qeri Lennon var. Serial Kaliforniyanın Los Anceles şəhərindəki Ulysses S. Grant Liseyində və Kaliforniyanın Kalver Siti şəhərindəki Sony Studios-da çəkilir. Eyforiya çılpaqlığı və seksual məzmunu ilə mübahisəli hesab olunur, bəzi tənqidçilər yeniyetmə mühitinə görə bunu artıq hesab edirlər. Bu, HBO tarixində Taxt-tac oyunlarından sonra ən çox baxılan ikinci serialdır.

Eyforiya 16 iyun 2019-cu ildə premyerasını etdi. Serial 2019-cu ilin iyulunda ikinci mövsüm üçün yeniləndi. Bir saatlıq iki xüsusi veriliş 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında yayımlandı. İkinci sezonun premyerası 9 yanvar 2022-ci ildə, serialın isə 2022-ci ilin fevralında nümayiş olundu. üçüncü mövsüm üçün yeniləndi. Serial çoxlu mükafatlar, o cümlədən Ən Yaxşı Dram Serialları üçün Primetime Emmy Mükafatına namizədlər qazandı. Performansına görə Zendaya Dram Serialında Ən Yaxşı Aktrisa üçün Primetime Emmy Mükafatı və Satellite Mükafatı qazandı. Zendaya, Sidni Suini, Kolman Dominqo və Marta Kelli ikinci mövsüm üçün eyni mükafata namizəd oldu.

Kateqoriya:2019-cu ilin teleserialları Kateqoriya:ABŞ teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:HBO orijinal proqramları Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları Kateqoriya:ABŞ-də televiziya mübahisələri Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:LGBT-əlaqəli ABŞ teleserialları Kateqoriya:Transgender-əlaqəli teleseriallar