Jan Moris Ejen Klement Kokto (; ) — fransız yazıçı, dramaturq, şair, rəssam, kinorejissor.
Həyatı Jan Kokto 5 iyul 1889-cu il anadan olub. O, keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir. Eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şeirlər" (1920) və "Opera" (1927) adlı şeir kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb.
"Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
Filmoqrafiya Şairin qanı (1932) / Le Sang d'un poète Gözəl və Bədheybət (1946) / La Belle et la Bête İkibaşlı qartal (1947) / L'Aigle à Deux Têtes Dəhşətli valideynlər (1948) / Les Parents terribles Orfey (1950) / Orphée Orfeyin vəsiyyəti (1959) / Le Testament d'Orphée Fırıldaqçı Tom (1965) / Thomas l’imposteur
İstinadlar
Xarici keçidlər İyulun ədəbi simaları
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransa şairləri Kateqoriya:Fransız şairlər Kateqoriya:Fransa rəssamları Kateqoriya:Fransız rəssamlar Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Poçt markası dizaynerləri Kateqoriya:Dramlar Kateqoriya:Fransa esseistləri