Merzifonlu Qara Mustafa Paşa Məscidi və ya Paşa Məscidi, Merzifon mahal mərkəzində olan və 1666-cı ildə Osmanlı Sadrazamı Merzifonlu Qara Mustafa Paşa tərəfindən inşa edilən məscid, eyni zamanda nahiyənin ən böyük məscididir.
Tarix Məscid 19. Osmanlı Sultanı IV. Mehmed dövründə tikilmişdir.
Memarlığı Məscid düzbucaqlı formada olub, yonma daşdan tikilmişdir. İbadət bölməsi iki hissədən ibarətdir. Məscidin əsas ibadət bölməsi tək günbəzlidir. Sütunlar arası kəsiklərdən orta hissəsi iri yarımqübbəli taxçaya çevrilmişdir. Bölmələr kiçik günbəzlərlə örtülmüş və əsas ibadət yeri ilə birləşdirilmişdir. Orta hissədəki taxçanın hündürlüyü yanlardan hündür olduğundan məscidin daxili tərtibatı fərqli dizayna malikdir. Üç sıra pəncərələr məscidi işıqlandırır.
Bərpa Vəqflər Ümumi Müdirliyinə məxsus Qara Mustafa Paşa Məscidinin təmiri üçün bərpa layihələri Merzifon Müftiliyinin dəstəyi ilə Vəqflər Ümumi Müdirliyi tərəfindən həyata keçirilmiş və məscid 2005-ci ilin sentyabr ayının əvvəlində istifadəyə verilmişdir.
Qalereya
Mənbə
Kateqoriya:Türkiyə məscidləri