Əbdülhaq Ağsaqqal oğlu Abdullayev (; ) — Özbəkistan portret rəssamı,Агеенко Ф. Л. Абдуллаев Абдулхак // Словарь собственных имён русского языка. Ударение. Произношение. Словоизменение. — М.: Мир и Образование; Оникс, 2010. — С. 55. — 880 с. — ISBN 5-94666-588-X, 978-5-94666-588-9. Özbəkistan SSR xalq rəssamı (1968), Özbəkistan Rəssamlıq Akademiyasının fəxri üzvü.

Həyatı Əbdülhaq Ağsaqqal oğlu Abdullayev 30 dekabr 1918-ci ildə Türkistan şəhərində anadan olmuşdur. Uşaqlıq illərində rəsm çəkməyə meyli müəyyən edilmişdir. 1928-ci ildə o, Daşkənddəki fəhlə məktəbinə daxil olmuş, burada digər fənlərlə yanaşı, rəsm çəkməyin əsasları ilə də tanış olmuşdur. Abdullayev məktəbdə rəssamlıq peşəsi haqqında ciddi düşünməyə başlamışdır. 1931-ci ildə rəssamlıq məktəbi yerləşdiyi Səmərqənd şəhərinə köçürülmüşdür. Abdullayev hansısa aktyorun portretinin surətini yazmışdı və məktəbdə yoxlanılanda onu imtahansız tələbə kimi qəbul etmişdilər. 1938–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.

1940-cı, 1946-cı, 1953-cü illərdə Daşkənddə rəssamın əsərlərindən ibarət sərgilər keçirilmişdir. Abdullayev sənətlə bağlı bir sıra məqalələrin müəllifidir. 1950–1957-ci illərdə Rəssamlıq Məktəbində 1950–1957 və 1955–1957-ci illərdə Daşkənddə Nizami adına Pedaqoji İnstitutunda dərs demişdir. Rəssamın rəsmləri Özbəkistan, Rusiya, İtaliya, Hindistan və dünyanın digər ölkələrinin muzeylərində saxlanılır.Oʻzbekiston milliy ensiklopediyasi. Birinchi jild. Toshkent, 2000-yil

29 oktyabr 2001-ci ildə vəfat etmişdir. O, "Çiğatay" xatirə qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar

Xarici keçidlər АБДУЛЛАЕВ АБДУЛХАК АКСАКАЛОВИЧ Биографии Абдуллаев Абдулхак Аксакалович

Kateqoriya:Özbəkistan rəssamları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər