Aşağı Rəfədinli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Aşağı Rəfədinli kəndi düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə keçmiş Rəfədinli kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Rəfiəddinli antropotoponiminin təhrif olunmuş formasıdır.

Toponimikası Araz çayının sol sahilindədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax Füzuli rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Füzuli rayonunun kəndləri