Orxan Əlövsət oğlu Aslanov () — Azərbaycanı təmsil edən yüngül atlet. Paralimpiya oyunlarında T13 kateqoriyası üzrə uzunluğa tullanma yarışlarında mübarizə aparır. O, 2 dəfə, 2020 Yay Paralimpiya Oyunlarında və 2024 Yay Paralimpiya Oyunlarında qızıl medalın sahibi olub.
Həyatı Orxan Aslanov 1995-ci il martın 24-də anadan olub.
Karyerası
2021 2021-ci ilin avqust ayında Orxan Aslanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində Orxan Aslanov 7.36 metr nəticə ilə qızıl medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Orxan Əlövsət oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
2024 Aslanov 2024-cü ilin sentyabrında Parisdə təşkil olunan 2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə uzunluğa tullanma turnirində mübarizə aparmış, 7,29 metr nəticə ilə çempion olmuşdur.
Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Orxan Aslanova XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilmişdir. Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin "Şöhrət" ordeni ilə təltif edilib.
İstinadlar
Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər