Əbdürrəhman Momənd () və ya Rəhman Baba (; ) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı.
Həyatı Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var. Puştu poeziyasının atası adlandırılan Əbdürrəhman Moməndin yaradıcılığı əfqan poeziyasının inkişafına güclü təsir göstərmişdir. Pişəvər şəhərindəki məzarı sufilərin əsas ziyarət yerlərindəndir.
Nəşrlər Диван // В кн.: Из афганских песен и стихов. М., 1955; Сказки и стихи Афганистана. М.: Художественная литература, 1958 г.
İstinadlar
Xarici keçidlər Биография (на английском) Абдуррахман Моманд — статья из Большой советской энциклопедии. Афганская литература // Энциклопедия «Кругосвет». Литература на пушту в «Истории всемирной литературы»
Kateqoriya:Əfqanıstan şairləri Kateqoriya:Sufilər Kateqoriya:Puştunlar Kateqoriya:Əfqanıstan yazıçıları