Frederik Avqust Abel (; ) — İngiltərə kimyaçısı.Chambers Biographical Dictionary, ISBN 0-550-18022-2, page 3
Həyatı Frederik Avqust Abel 17 iyul 1827-ci ildə Vulviçdə anadan olmuşdur. O, Kral Politexnik İnstitutunu bitirmişdir. 1862-ci ildə Vulviçdəki Britaniya Müharibə İdarəsinin kimyəvi laboratoriyasının direktoru kimi Abelə təhlükəsi səbəbindən bu yaxınlarda kontinental Avropanın bütün dövlətlərində rədd edilmiş piroksilinlə bağlı yeni hərtərəfli tədqiqatlar aparmaq tapşırılmışdır.
Çox geniş proqram üzrə aparılan tədqiqatlar nəticəsində Abel bu maddənin xassələrini təfərrüatı ilə öyrənə bilmiş, həmçinin onun fabrikdə istehsal üsulunu xeyli təkmilləşdirmişdir. Bunun sayəsində piroksilin dünyada yenidən hərbi məqsədlər üçün istifadə edilmişdir.
1883-cü ildə Abel Vyanada elektrik sərgisində hökumət komissarı idi və oradan qayıtdıqdan sonra zadəgan rütbəsinə yüksəlmişdir. 1877-ci ildə alim London Kral Cəmiyyətinin Kral Medalına layiq görülmüşdür.Royal Medal .
Frederik Avqust Abel 6 sentyabr 1902-ci ildə Londonda vəfat etmişdir.
Seçilmiş əsərləri "On recent investigations and explorations of explosive agents" (1871); "Researches on explosives" (1875); "The modern history of gunpowder" (1877); "Electricity as applied to explosive purpose" (1884); "Gun-cotton" (1886). "Handbuch der Chemie" (совместно с Bloxam’ом)
İstinadlar
Əlavə ədəbiyyat Долголенко В. Абель, Фредерик-Август // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Kateqoriya:İngiltərə kimyaçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri