Trir kürfürstlüyü ( və ya ; ) IX əsrin sonundan XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-yepiskopluğu idi. Bu kürfürstlük avtomatik Trir yeparxiyasının arxiyepiskopuna verilirdi. İmperiyada Trir kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Köln kürfürstlüyü.
Kürfürstlərin paytaxtı Trir idi; XVI əsrdən etibarən isə kürfürstün əsas iqamətgahı Koblensdə idi. 1803-cü ildə alman vasitəçiliyi zamanı kürfürstlük dünyəviləşdirildi. Trir kürfürstü arxiyepiskop kimi ərazisi kürfürstlüyə uyğun gəlməyən Trir yeparxiyasını da idarə edirdi.
İstinadlar
Kateqoriya:Müqəddəs Roma imperiyasının knyaz-yepiskopları Kateqoriya:Reyn vilayəti tarixi Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:Müqəddəs Roma İmperiyasının kurfürstlükləri