Kamil Müzəffər oğlu Eynullayev () — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu.
Həyatı Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib.
Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub.
Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub.
Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində vəfat edib. Futbolçu köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.
Şəxsi həyatı Kamil Eynullayev azərbaycanlı aktrisa Sürəyya Qasımova ilə ailəli olub. Cütlüyün bir övladı olub.
Kamil Eynullayev futbolçu Nadir Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
İstinadlar
Xarici keçidlər Kamil Eynullayev Footballfacts.ru saytında Kamil Eynullayev Teams.by saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Şəkərli diabetdən ölənlər