Maqnitoqorsk () — Rusiyanın Çelyabinsk vilayətində şəhər. Eyni adlı şəhər dairəsini təşkil edir. Çelyabinsk vilayətinin inzibati ərazi bölgüsünə uyğun olaraq regional tabeliyində olan şəhərdir. Cənubi Uralın böyük mədəniyyət və biznes mərkəzi, dünyanın ən böyük qara metallurgiya mərkəzlərindən biridir. Federasiya subyektlərinin mərkəzləri olmayan ən böyük şəhərlərdən altıncısıdır.
1920-ci illərin sonu - 1930-cu illərin əvvəllərində Sovet İttifaqının ilk sosialist şəhərlərindən biri kimi yaradılmışdır.
Şəhərdə iri metallurgiya istehsalının mövcudluğuna görə Maqnitoqorsk tarixən postsovet məkanında ekoloji cəhətdən ən əlverişsiz şəhərlərdən biri olub. Son onilliklərdə Maqnitoqorsk Dəmir-Polad Zavodunun istehsalının modernləşdirilməsi proqramı həyata keçirilmişdir ki, bu da atmosferə atılan tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. 2018-ci ilə qədər Maqnitoqorsk Roshidromet tərəfindən havanın ən çox çirkləndirildiyi şəhərlər siyahısına daxil edilmişdir. 2021-ci ilə qədər şəhərdə havanın çirklənmə səviyyəsinin artması qeydə alınıb.
Əhalisi XalqlarƏhali sayı göstərilən milliyyətlər, % iləruslar338 59584,74 %tatarlar20 4335,22 %başqırdlar15 1723,88 %ukraynlar61011,56 %qazaxlar41301,05 %taciklər19930,51 %beloruslar14730,38 %ermənilər12160,31 %çuvaşlar12100,31 %azərbaycanlılar10240,26 %digər milliyyətlər69671,78 % milliyyəti göstərənlərin cəmi391 314100,00Maqnitoqorsk şəhər okruqunun bütün əhalisi407 775
Qardaşlaşmış şəhərlər
Atırau, Brandenburq-na-Hafel, Qomel, Dauqavpils, Huayan, Çin Xalq Respublikası
İstinadlar Kateqoriya:Rusiya şəhərləri
Kateqoriya:XVIII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Qitələrarası şəhərlər Kateqoriya:Sovet İttifaqında salınmış şəhərlər