Nadir Müzəffər oğlu Eynullayev () — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu.
Karyerası Klub Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub. Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb. 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb.
1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub.
Milli Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Şəxsi həyatı Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
İstinadlar
Xarici keçidlər Nadir Eynullayev Teams.by saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Spartak-Nalçik FK futbolçuları Kateqoriya:Dinamo Mahaçqala FK futbolçuları