Nikolay Matveyeviç Şulgin (; ) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti (1934).

Həyatı Nikolay Matveyeviç Şulgin 1886-cı ildə anadan olmuşdur. Moskva Universitetini və teatr məktəbində sinfini bitirdikdən sonra 1910-cu ildə peşəkar teatr səhnəsinə çıxmışdır. İctimai fəaliyyət də göstərərək 1918-ci ildə Novoçerkasskda incəsənət işçiləri ittifaqının birinci sədri seçilmişdir.

Nikolay Şulgin 1936-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Onun "Torpaq" pyesində Storejev obrazı, eləcə də Vaqif, Kreçinski, Arbenin və başqa obrazları özünəməxsusluğu ilə fərqlənmişdir.

1934-cü ildə Nikolay Şulginə "RSFSR əməkdar artisti", 23 aprel 1940-cı ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilmişdir. 1939-cu ildə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.

Nikolay Şulgin 1942-ci ilin yanvar ayında Bakıda vəfat etmişdir.

Filmoqrafiya Bakılılar (film, 1938) — Mixaylov

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları