Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968).

Həyatı Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır.

Əmək fəaliyyəti Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxana­sında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov İkinci Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir.

Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur.

Elmi fəaliyyəti Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur. Professor Azərbaycanda tibbi parazitologiya elmi məktəbinin yaradıcılarındandır.

Mirzə Nəsirov 1937-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1950-ci ildə elmlər doktorluğu disserta­siya­la­rını müdafiə etmişdir. O, SSRİ-də və xaricdə çap olunmuş 250-dən artıq elmi əsərin, həmçinin 13 monoqrafiyanın müəllifi və həmmüəllifi olmuş­dur. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 10 fəl­səfə doktoru dis­sertasiyası müdafiə edilmişdir.

Mükafat və təltifləri Mirzə Nəsirov tibb sahəsindəki xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, bir sıra medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. 1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Həmçinin bax Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı

İstinadlar