() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi. Cinsin nümayəndələri 30 sm (D. moorei) və ya 40 sm (D. cyanocarpa) hündürlüyündəki kiçik ot bitkiləridir.

Bitkiyə ekvatorial meşələr və nəmli sklerofit meşələrdə rast gəlinir. Çoxillikdir, yazda çiçək açır. D. moorei növünün çiçəkləri bal arıları tərəfindən tozlanır. Bitkinin toxumları heyvanlar tərəfindən yayılır. Ağdan açıq-çəhrayı və ya bənövşəyi rəngə qədər dəyişə bilən çiçəkləri 1–1,5 sm diametrindədir və yarpaq qoltuqlarından tək-tək böyüyür və ya iki–üç çiçək şəklində toplanır.

Cinsin elmi adı "meşə" mənasını verən drimo () və "dost" mənasını filo () sözlərindən ibarətdir və bu cinsin nümayəndələrinin yaşayış yerinə istinad edir.

Növləri Cinsin hər ikisi Avstraliya üçün səciyyəvi olan iki növü var: Şəkil Ad Təsvir Yayılma arealı120x120px Drymophila cyanocarpa Firuzəyi giləmeyvələr Vətəni Tasmaniya, Viktoriya və Yeni Cənubi Uelsin cənubudur.120x120px Drymophila moorei Narıncı giləmeyvələr Vətəni Yeni Cənubi Uels və Kvinslendin şimalıdır

İstinadlar

Həmçinin bax