– Yaponiya pivəçisi. O, Yaponiyada yerli pivə sənayesinin qabaqcılı olmuş, 1876-cı ildə "Sapporo" pivə şirkətinin əsasını qoymuşdur.

Həyatı Nakaqava Seybey 1872-ci ildə Yaponiya hökumətinin dəstəyi olmadan təhsil almaq məqsədilə Avropaya səyahət etmişdir. O, əvvəlcə İngiltərəyə gəlmiş, daha sonra Almaniyanın Bremenhafen şəhərinə köçmüşdür. Burada Aoki Şuzo adlı yapon tələbə ilə tanış olmuşdur. Aoki Nakaqavaya maddi dəstək göstərməyə başlamış və ona pivəçilik öyrənməyi məsləhət görmüşdür. Aokinin səyləri nəticəsində Yaponiya hökuməti Naqavanın təhsili üçün pul ödəmək qərarına gəlmişdir.

Nakaqava 1873-cü ilin yayında Fürstvalde qəsəbəsinə köçmüş və 26 ay boyunca pivə bişirməyin bütün proseslərini öyrənmişdir. 1 may 1875-ci ildə Berliner Brauerei tərəfindən sertifikat almışdır. Nakaqava təhsilini tamamladıqdan sonra Aoki ona Yaponiyaya qayıtmağı tövsiyə etmişdir. O, Hokkaydo Koloniyalaşdırma Komissiyasının sədri Kuroda Kiyotakaya məktub yazaraq Hokkaydoda pivəçilik sənayesinin yaradılmasından və bu zaman Nakaqavanın xidmətindən yararlana biləcəyindən bəhs etmişdir.

Nakaqava Yaponiyaya qayıtdıqdan dərhal sonra Hokkaydo Koloniyalaşdırma Komissiyasında işləməyə başlamış və 24 avqust 1875-ci ildə kənd təsərrüfatı bölməsini idarə etməklə vəzifləndirilmişdir. Onun komissiyadakı titulu "pivəbişirən" idi və aylıq maaşı 50 yen təşkil edirdi. Nakaqava əsl pivənin dadını bilən azsaylı yaponlardan biri olduğu üçün Yaponiyadakı ilk milli pivəxananın yaradılması işi ona həvalə olunmuşdur. Murahaşi Hisanarinin dəstəyilə ilə işə başlamış və pivəxana üçün plan hazırlamışdır. Tikinti işləri 27 iyun 1876-cı ildə başlamış və 23 sentyabr 1876-cı ildə başa çatmışdır. Nakaqava Aokiyə təşəkkür etmək məqsədilə ilk pivə partiyasını Berlinə göndərmək qərarına gəlmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kirin bioqrafiyası

Kateqoriya:Yaponiyada pivə Kateqoriya:Pivəçilər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər