Ceyms Cona (Cim) Kamminqs (; ) — ABŞ səs aktyoru. Filmoqrafiyasında 500-dən çox layihəsi var. İki Enni mükafatının qalibi, iki dəfə Emmi mükafatına namizəd.
"Vinni-Puxun Yeni macəraları"ndan (1988–1991) bəri əksər "Disney" layihələrində Vinni-Pux və Tiggerin səs aktyoru olmuşdur. O, "Ələddin ", "Kral şir", "Pokahontas", "Balto", "Anastasiya", "Şrek", "Qnomeo və Cülyetta" kimi tammetrajlı cizgi filmlərinin işində iştirak etmişdir.
Həyatı Kamminqs Nyu-Orleana köçdükdən sonra karnaval kortejlərini boyamış, çay estakadasında işləmiş və yerli rok qrupunda ifa etmişdir. O, evləndikdən sonra Kaliforniyanın Anahaym şəhərinə köçmüş, 1980-ci illərin əvvəllərində burada bir video mağazası işlətmişdir. 1984-cü ilin sonlarında səs aktyoru kimi debüt etmişdir. Kamminqin 2011-ci ildə boşandığı Stefani Kamminqsdən iki qızı var.
İstinadlar
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri