thumb|260px|Borş Borş () — daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdirMarks, Gil (2010). "Borscht" . Encyclopedia of Jewish Food . Hoboken: John Wiley & Sons. pp. 196–200. ISBN 978-0-470-39130-3.Schultze, Sydney (2000). Culture and Customs of Russia . Greenwood Publishing Group. pp. 65–66. ISBN 978-0-313-31101-7.Lee, Alexander (August 2018). "From Russia with Borscht" . History Today. 68 (8).. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir.

Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir.

Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur.

Ərzaqlar 6 porsiya üçün nəzərdə tutulub

1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot

Hazırlanma qaydası İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin. Ət suyunu və əti qazana geri qoyun. Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövqə görə qatıq tökülüb yeyilir.

Mənbə Ukraynanın kulinariya ləzzətləri (2021) Borş

İstinadlar

Kateqoriya:Rusiya şorbaları Kateqoriya:Ukrayna şorbaları Kateqoriya:Tərəvəz şorbaları Kateqoriya:Kələm xörəkləri Kateqoriya:Ət xörəkləri Kateqoriya:Ukrayna mətbəxi Kateqoriya:Slavyan mətbəxi Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Belarus mətbəxi Kateqoriya:Azərbaycan şorbaları Kateqoriya:Litva mətbəxi Kateqoriya:Polşa şorbaları Kateqoriya:Rumıniya mətbəxi Kateqoriya:Sovet mətbəxi Kateqoriya:Ukraynanın milli simvolları Kateqoriya:Milad yeməkləri Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Milli xörəklər Kateqoriya:Qaraçı mətbəxi