Hürufi-münfasilə (), xətti-cədid, xətti-Ənvəri, Ənvər yazısı, Ənvəriyyə, ordu əlifbası və yaxud alman yazısı — Ənvər Paşanın Osmanlı türkcəsinin yazılmasını asanlaşdırmaq üçün ərəb əlifbasını dəyişdirərək əldə etdiyi yazı sistemi. Sistem Hərbiyyə Nəzarətinin də töhfəsi ilə uzun müddət istifadədə qaldı. Bu sistemə görə hərflərin son formaları bir-biri ilə əlaqələndirmədən yazılır və saitlər də göstərilirdi. Ənvər Paşa 1917-ci ildə bu sistemi öyrətmək üçün Əlifba adında bir oxu kitabı hazırladı. Yazının rəsmi olaraq sona çatması, yoxsa kortəbii şəkildə tərk edilməsi bilinmir.G. L. Lewis (1999). Türk Cumhuriyeti'nde Bir Uygarlık Ögesi Olarak Atatürk'ün Dil Devrimi. Jacob M. Landau (Yay. Haz.) (1999). Atatürk ve Türkiye'nin Modernleşmesi, İstanbul: Sarmal, ISBN 975-8304-18-6 (s. 251–272) içinde. s.253. Bu yazı sistemi 35-i samit və 10 sait-i olmaqla cəmi 45 hərfdən ibarətdir.

Rövşən Əşrəf Ünaydın, Mustafa Kamalın 1918-ci ildə bu sistemlə bağlı fikirlərini bu cür bildirir:Ruşen Eşref Ünaydın (1956). Hatıralar. Ankara. s. 28–29

İstinadlar

Kateqoriya:Osmanlı türkcəsi