Mia Rodriges () — avstraliyalı müğənni-mahnı yazarı. Karyerasına TikTok-da koverlər və digər məzmunlar yerləşdirməklə başlayıb, 2019-cu ildə ilk mahnısını yayımlayıb.

Karyerası Mia Rodriges 2019-cu ilin sonlarında Maykl Çaqqın sahib olduğu leybl City Pop Records ilə müqavilə bağlamışdır. O, həmin ilin dekabr ayında leybl vasitəsilə ilk buraxılışı olaraq "Emotion" adlı sinqlını çıxarıb. Bu sinql üçün çəkilən musiqi videosu YouTube-da 850.000-dən çox baxış toplamışdır. Onun növbəti sinqlı "Psycho" 2020-ci ilin aprelində buraxılıb. Bu mahnının videosu ilin sonlarında YouTube-da 6.000.000-dan çox baxış qazanıb. Mia həmçinin aprel ayında Sidneydə qurulan musiqi dueti Lime Cordiale ilə ilk canlı çıxışını edib.

Onun üçüncü sinqlı "Beautiful & Bittersweet" lirik videosu ilə birlikdə 2020-ci ilin avqustunda işıq üzü görüb. Mahnının prodüserlyini Deyv Hammer (Lime Cordiale) etmişdir. Mia 2020-ci ilin dekabrında TikTok-da 2 milyon izləyicisiyə çatıb. "Beautiful & Bittersweet" sinqlının musiqi videosu iki ay sonra, 2020-ci ilin oktyabrında yayımlanıb. Mia Rodrigers 2022-ci ildə virtual mərasim şəklində keçirilən ARIA Musiqi mükafatlarının aparıcısı olub.

Şəxsi həyatı Mia Rodriges Qərbi Sidneydə böyüyüb. O, panseksualdır və seksuallığı eləcə də ekssentrik şəxsiyyətinə görə uşaqlıq və yeniyetməlik illərində qısnamaya məruz qalıb.

Diskoqrafiya

Sinqllar +Sinqllar adları və buraxılış tarixləri ilə birlikdə göstərilirAdıİlAlbom"Emotion"2019 rowspan="7" "Psycho"2020"Beautiful & Bittersweet""Billion Dollar Bitch" 2021"Shut Up"2022"Superglue""I Luv U"

Videolar AdıİlRejissor(lar)"Emotion"2019Josh Harris"Psycho"2020"Beautiful & Bittersweet"Macario De Souza"Billion Dollar Bitch"2021Josh Harris"Shut Up"2022"I Luv U"

İstinadlar

Kateqoriya:Avstraliya müğənniləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:Atlantic Records artistləri