Əbu Düləf Misar ibn əl-Müxəlhil əl-Xəzrəci (; ) və ya sadəcə Əbu Düləf () ‎ — X əsr ərəb şairi, səyyahı və mineraloqu.

Bioqrafiyası O, 930-cu illərdən başlayaraq ərəb xilafətinin geniş ərazilərini və qonşu ölkələri gəzmişdir. Onun ədəbi irsi, görünür, şairin ömrünün sonunda, 995-ci ildə yazılmış iki səyahət qeydindən və Sasan qəbiləsinin həyatı və məişətinə aid böyük poetik mətndən ibarətdir. "Fihrist" əsərinin müəllifi İbn Nədim şəxsən onunla tanış idi və onu "uzun saqqallı qoca" adlandırmışdır.Энциклопедический словарь. 2009. АБУ ДУЛАФ.

İstinadlar

Mənbə Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr. Tərcümə, qeyd və şərhlərin yazılması və tərtibi: N. Bayramlı. Bakı: "AFPoliqrAF" mətbəəsi, 2016, s. 6-54.

Kateqoriya:Ərəb səyyahlar Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Abbasilər xilafəti Kateqoriya:Ərəb alimlər Kateqoriya:Ərəb şairlər Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr yazıçıları Kateqoriya:İran yazıçıları Kateqoriya:Səudiyyə Ərəbistanı şəxsləri Kateqoriya:Tədqiqatçılar