thumb|Hakone sekişosu. Hazırda muzey kimi fəaliyyət göstərir. , qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri. Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu.
Tarixi Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu. İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu. Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı. İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər.
Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir. Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar. Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı. Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar. Bu sekişolar mal və nəqliyyat axınına mane olduğu üçün Oda Nobunaqa və Toyotomi Hideyoşi tərəfindən ləğv olunmuşdur. Lakin Tokuqava dövründə sekişo sistemi bərpa edilmiş, Hakone, İmaqire, Kobotoke, Usui və paytaxt yolu üzərində yerləşən digər nöqtələrdə sekişolar yaradılmışdır. Bu sekişoların əsas məqsədi paytaxta daxil olan silahları və paytaxtı tərk edən qadınları təftiş etmək idi. Çünki həmin dövrdə daymyo ailələrinin paytaxtda yaşaması məcburi hal idi.
Sekişo sistemi Meyci hökuməti tərəfindən 2 mart 1869-cu ildə ləğv olunmuşdur.
Müasir dövr Hakone, Fukuşima və Aray kimi sekişolar hazırda muzey kimi fəaliyyət göstərir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Vergitutma tarixi Kateqoriya:Yaponiya tarixi