Xətai Şahin oğlu Alıyev () — Azərbaycanlı iqtisadçı alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, İndiana Universitetinin doktorantı, "ASERC Journal of Socio-Economic Studies" beynəlxalq elmi jurnalının baş redaktoru.
Həyatı Xətai Alıyev 14 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Tovuz rayonu V. Kazımov adına Çobansıxnaq kənd orta məktəbində almışdır. 2005–2010-cu illərdə Qafqaz Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq Dənizi Universitetində İqtisadiyyat ixtisası üzrə magistratura təhsili almışdır.
2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya ixtisası üzrə başladığı dissertantura təhsilini 2 ilə bitirərək 2017-ci ildə "Büdcə siyasətinin effektivliyinin ekonometrik təhlili" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Ailəlidir. 2 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti Xətai Alıyev əmək fəaliyyətinə 2014-cü ildə Qafqaz Universitetində başlamışdır. Sonrakı illərdə Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmışdır.
2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Beynəlxalq iqtisadiyyat (ingilis dilli)" kafedrasının müəllimi və həmin ilin dekabrından UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktorudur. Tədqiqat mərkəzinin rəhbəri kimi tələbələri tədqiqat fəaliyyətinə cəlb etmək üçün "Tədqiqat vaxtı", "Gələcəyin tədqiqatçıları" kimi bir sıra layihələr həyata keçirmiş, o cümlədən xaricdə təhsil üzrə məlumatlandırıcı seminarlar təşkil etmişdir.
2022-ci ilin sentyabr ayından "Beynəlxalq iqtisadiyyat" (ingilisdilli) kafedrasının müdiri (hazırda "Beynəlxalq iqtisadiyyat və biznes" adlanır) vəzifəsinə keçirilib.
Elmi fəaliyyəti 2 kitab və 50-yə yaxın elmi məqalənin müəllifidir. Elmi tədqiqatların aparılması və sorğuların keçirilməsi məqsədilə yaradılan "ASERC MMC"nin ideya müəllifi və həmtəsisçisidir. ASERC nəzdindəki ASERC Journal of Socio-Economic Studies beynəlxalq elmi jurnalının yaradılması təşəbbüsünün müəllifi və baş redaktorudur.
Onun elmi fəaliyyətinin əsas istiqamətini sosyo-iqtisadi tədqiqatlar təşkil edir. Xətai Alıyevin tədqiqatlarında həyat məmnuniyyətinin ölçülməsi əhəmiyyətli yer tutur. Metodoloji cəhətdən isə Alıyevin tədqiqatları empirizim cərəyanına aid edilə bilər.
İndiana Bluminqton Universitetində (Fullbrayt), Boloniya Universitetində və Dunaujvaros Universitetində (Erasmus+ HE Personal Mobility Program) beynəlxalq mobillik proqramlarında iştirak etmişdir.
Alıyev 2022-ci ildə rəhbərlik etdiyi tədqiqatçı heyəti ilə birgə "Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir?" layihəsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin I daxili qrant müsabiqəsində qalib olmuş, 2023-cü ilə layihəni uğurla başa çatdıraraq, tədqiqat nəticələrinin yer aldığı eyniadlı kitabı həmmüəllif kimi dərc etdirmişdir.
Hazırda İndiana Universitetinin doktorantı olaraq elmi-tədqiqat işlərinə davam edir.
Eyni zamanda UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının dosentidir (0,5).
Əsas elmi əsərləri
Kitabları
Müəllif kimi EViews tətbiqli EKONOMETRİKA: Nəzəri-praktiki vəsait, 2022, Mücrü Nəşriyyatı, Bakı, Azərbaycan. WTO Membership and South Caucasus Economies, 2014 LAP Lambert Academic Publishing, Saarbrükken, Almaniya.
Həmmüəllif kimi Azərbaycanda Universitet-Dövlət-Sənaye Əlaqələri: Kim Nə İstəyir? 2023, UNEC Nəşriyyatı, Bakı, Azərbaycan.
Mükafatları 2018-ci ildə Təhsil Nazirliyi və "Bakı Ekspo 2025" Əməliyyat Katibliyi tərəfindən keçirilən elmi məqalə müsabiqəsinin qalibi olmuşdur.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan redaktorları Kateqoriya:İqtisad üzrə fəlsəfə doktorları