Sankt-Yakob Park stadionu – İsveçrədə, Bazel şəhərində stadion.
Bazel klubunun ev oyunlarını keçirdiyi "Sankt-Yakob Park" stadionu Avropada məşhur arenalardandır. Bazel şəhərində yerləşən və 42500 tamaşaçı tutumuna malik "Sankt-Yakob Park" UEFA-nın 4 ulduzlu stadionlarındandır. Komanda yarandığın ildə, yəni 1893-cü ildən ev oyunlarını burada keçirsə də, stadion 12 il öncə köhnə arena – "Yoqqeli"nin yerində tikilib.
Ölçüsü 68x105 m olan "Sankt-Yakob Park"da son Avropa çempionatının (AÇ) final mərhələsində 6 oyun keçirilib. Bunlardan ikisi qrup, ikisi 1/4, biri isə yarımfinal oyunu olub. Turnirin final mərhələsinin qarşılaşmaları üçün yenidənqurma işlərindən sonra 2001-ci ildə açılışı olan arenada bütün tribunaların üstü örtülüdür.
Bazel klubunun stadionu AÇ-nin final mərhələsinin tarixinə düşüb. Belə ki, təşkilatçılar meydanın ot örtüyünü elə turnirin gedişində dəyişməli oldu. Bu, iyunun 11-də Türkiyə yığmasının İsveçrə ilə görüşü zamanı baş verib. Güclü leysanın yararsız hala saldığı stadionun ot örtüyünü UEFA-ya 200 min avroya başa gəlib. Həmin görüşdə hesabda geridə olan türkiyəlilər əzmkar, vacib qələbə (2:1) qazana biliblər.
Sözügedən qitə birinciliyinin ən sürpriz nəticələrindən biri də məhz "Sankt-Yakob Park"da reallaşıb. Söhbət iyunun 21-də Rusiya və Niderland arasında keçirilmiş final oyunundan (3:1) gedir. Ruslar əlavə vaxtda vurduğu iki qolla, gözlənilməz qələbə qazanaraq, turnirin favoritlərindən birini mübarizədən kənarlaşdırıb. Bu, Rusiyanın dünya və Avropa çempionatının pley-off mərhələsində ilk qələbəsi kimi yadda qalıb. Ruslar yarımfinalında uduzmalarına baxmayaraq, məhz Bazel klubunun stadionundakı qalibiyyət sayəsində AÇ-nin bürünc medallarına yiyələniblər.
TarixSaat (CET)KomandaNəticəKomandaMərhələTamaşaçı7 iyun 2008<center>18.00 İsveçrə <center>0 – 1 Çexiya <center>A qrupu39,73011 iyun 2008<center>20.45 İsveçrə <center>1 – 2 Türkiyə <center>A qrupu39,73015 iyun 2008<center>20.45 İsveçrə <center>2 – 0 Portuqaliya <center>A qrupu39,73019 iyun 2008<center>20.45 Portuqaliya <center>2 – 3 Almaniya <center>¼ final39,37421 iyun 2008<center>20.45 Niderland <center>1 – 3 ə.v Rusiya <center>yarımfinal38,37425 iyun 2008<center>20.45 Almaniya <center>3 – 2 Türkiyə <center>yarımfinal39,374
thumb|center|800px|Sankt-Yakob Park stadionu
Mənbə
Azərbaycan çempionu üçün növbəti stadion: "Sankt-Yakob Park"
Xarici keçidlər
Basel United Saytı FC Bazel Saytı
Kateqoriya:İsveçrə stadionları Kateqoriya:Bazel