Taleh Asif oğlu Nəsibov () — Zirə futbol klubunun prezidenti (2020), Azərbaycan Minifutbol Fedrasiyasının vitse-prezidenti (2019), Azfar Group şirkətinin direktoru (2013).

Həyatı Taleh Asif oğlu Nəsibov 19 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. 1991–2003-cü illərdə S. Cəfər Pişvəri adına humanitar fənlər gimnaziyasında orta təhsilini almışdır. 2003–2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində ali təhsil almışdır. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ailəlidir.

Fəaliyyəti 2010–2013-cü illərdə STARK CLS MMC — direktor vəzifəsində işləmişdir.

2013-cü ildən Azfar Group şirkətində direktordur.

2019-cu ildən Azərbaycan Minifutbol Fedrasiyasının vitse-prezidentidir.Azərbaycan milli komandasının Avropa çempionu olması ilə qürur duyuruq

2020-ci ildən Zirə FK prezidenti vəzifəsində çalışır.İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsinTaleh Nəsibov təklif etdi, mən də bu ailənin bir üzvü olmaq istədim

Taleh Nəsibov Türkiyə və Rusiyada bir sıra beynəlxalq menecement seminarlarında iştirak edib.

2010-cu ildə Türkiyənin İzmir şəhərində dünyada menecment, effektiv satış, biznesin uğurlu aparılması və şəxsi potensial inkişafı sahələrində ən uğurlu biznes-seminarında iştirak edib və sertifikata yiyələnib.

Taleh Nəsibovun prezidenti olduğu Zirə FK 2021/2022-ci mövsümündə ölkə çempionatının bürünc, ölkə kubokunun isə gümüş medallarını qazanmağa nail olub.

2022-ci ilin iyun ayında Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında iştirak edən milli komandamız tarixi uğura imza atıb. Minifutbolçularımız finalda 6 qat Avropa çempionu Rumınya seçməsinə qalib gələrək Azərbaycan idman tarixində ilk dəfə olaraq Avropa çempionu adına layiq görülüb.Azərbaycan milli komandasının Avropa çempionu adını qazanması ilə qürur duyuruq

Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyi İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən 2022-ci ilin ən fəal federasiyası seçilərək Taleh Nəsibova mükafat təqdim olunub.[ https://sportline.az/post/taleh-nesibov-teessuratlarimiz-sozle-ifade-olunasi-deyil Təəssüratlarımız sözlə ifadə olunası deyil, gərək insan bunları yaşasın. Fəxrdir, qürurdur]

İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən minifutbol üzrə milli komanda 2022-ci ilin ən yaxşı millisi adına layiq görülüb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin yekunlarına aid keçirdiyi sorğuya əsasən minifutbol üzrə millli komanda ilin ən yaxşı kollektivi nominasiyasında mükafatlananlar sırasında ikinci olub.

İstinadlar

Xarici keçidlər "Çempion futbolçularımız əsl qəhrəmandırlar" – Taleh Nəsibov "Zirə"də yeni prezident — Foto Taleh Nəsibov: "Fəxr və qürur hissi keçiririk" Gənclər və idman naziri Dünya Minifutbol Federasiyasinin prezidenti ilə görüşüb Taleh Nəsibov: "Təəssüratlarımız sözlə ifadə olunası deyil" "Zirə" klubuna yeni prezident təyin edildi Zirə-nin yeni prezidenti bilindi Taleh Nəsibov: "Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizə aparacaq" Azərbaycan Minifutbol Federasiyasının prezidenti: "İştaha diş altındadır" — Foto "Zirə" yeni prezidenti məlum olub