Mark Avreli Valeri Maksimian Herkuli (), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli () — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar.

İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyada baqaudların üsyanını yatırtmış, Reyndə german tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakı mavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Roma qəsbkarları Kateqoriya:Tetrarxiya Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar