Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi () — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.

Fəxri ad dövlət və kolxoz balıqçılıq təsərrüfatlarının, əlaqədar elmi-tədqiqat idarələrinin və digər idarələrin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, kolxozçularına, mühəndis-texnik işçilərinə və digər mütəxəssislərə verilirdi.

"Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv olunmuşdur.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR əməkdar heyvandarı Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru Azərbaycanın fəxri adları

Kateqoriya:Azərbaycan SSR fəxri adları