thumb|Buddist lama, Çin,1913. (Stefan Passet) Planet arxivləri () – 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir. Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır.
Layihənin fotoqrafları 22 ildə 55 ölkə gəzərək şəhər, kənd və qəsəbələrdəki insanları, onların mədəniyyətlərinin ilk rəngli fotoşəkillərini çəkdilər. Arxivdə Avropa, İrlandiya (Kelt mədəniyyəti), Asiya, Afrika, Amerika coğrafiyası, mədəniyyəti və gündəlik həyatı ilə bağlı etnoqrafik əhəmiyyət daşıyan fotoşəkillər və film çəkilişləri var. Digər tərəfdən, layihənin aktiv dövründə Birinci Dünya müharibəsi və Balkan müharibələri kimi tarixi hadisələr baş vermiş və müharibələrin nəticələri də fotoqraflar tərəfindən qeydə alınmışdır. Bu gün Planet Arxivləri Fransanın Paris yaxınlığındakı Albert Kan Muzeyində saxlanılır və arxivin virtual eləcə də fiziki sərgi və təqdimatı "FAKİR" adlı təşkilat tərəfindən həyata keçirilir. Arxiv BBC televiziyası tərəfindən çəkilmiş "Albert Kanın ecazkar dünyası" sənədli filmində geniş işıqlandırılmışdır.
Albert Kanın dünya səyahəti Fransız iş adamı Albert Kan Planet arxivləri layihəsini sistemli şəkildə həyata keçirməzdən əvvəl "Avropadan getməsən, Avropanı başa düşə bilməzsən" şüarı ilə dünya səyahətinə çıxır. 1908-ci ildə sürücüsü və köməkçisi Alfred Dutertre (1884–1964) ilə birlikdə Nyu-Yorka yola düşdülər. Onların yanlarında 4,000 ağ-qara plyonka və avtoxrom rəngli şüşə lövhələr, 2 kamera və 1 kinomaşın götürmüşdülər. Səyahət zamanı Dutertre həm film çəkir, həm görüntülər haqqında qeydləri gündəliyinə yazırdı. Qaldıqları gəmidə 2500 sərnişin var idi ki, onların 1370-i immiqrantlar idi. Dutertrenin gəmidə çəkdiyi fotoşəkillərdən biri Alfred Stiqlitzin 1907-ci ildə çəkdiyi məşhur "The Steerage" (İki göyərtə arası) fotoşəkili ilə heyrətamiz dərəcədə oxşardır. thumb|266x266px|Afyonqarahisar,4 yanvar 1923-cü il, Frederik Qadmer|left XX əsrin əvvəlləri Avropadan Amerikaya immiqrasiyanın intensiv olduğu bir dövr idi. Kan və Dutertre daha sonra qatarla Kaliforniyaya gedirlər. Burada iki il əvvəl baş vermiş böyük zəlzələ izləri hələ də qalmaqda idi. Onlar buradan paroxodla Yaponiyaya keçirlər. Fransanın Yaponiyadakı səfiri ilə yaxın dostluq əlaqələri sayəsində Kan Yaponiyanın yüksək səviyyəli siyasətçiləri ilə görüşür və beləliklə, onlar şəkil çəkdirmək mümkün olmayan yerlərdə, məsələn, yalnız qadınların oxuduğu məktəblərdə fotoşəkillər çəkməyə nail olurlar. Digər tərəfdən, yaponların ənənəvi geyimlərini, aksessuarlarını və saç düzümlərini vurğulayan rəngli fotoşəkillər dövrün əhəmiyyətli etnoqrafik qeydlərindən sayılır.
Kan Dutertre ilə bilikdə Yaponiyadan sonra Çinə səyahət edir. Burada çəkilən film Pekini əhatə edən divarları, kişilərin bir-birini salamlamaq ritualını, xanədan mənşəli qadınların ağ pudralı makiyajını, saç düzümü və geyimlərini əks etdirir.
Onların səyahəti Sinqapur, Şri-Lanka və Cənubi Amerika boyunca davam edir. Cənubi Amerikaya, Argentinaya əksəriyyəti italyanlar olan immiqrantlarla dolu gəmi ilə gedirlər. Bu səyahətdə onları fotoqraf Ogüst Leon (1857–1942) müşayiət edir. Leon eyni zamanda Planet Arxivləri layihəsinin ilk peşəkar fotoqrafı və fotoqrafiya direktorudur . Albert Kan dünyanı dərk etmək üçün səyahət etmənin əhəmiyyətini başa düşürdü. Bu məqsədlə, o, 1898-ci ildə (günümüzdə də fəaliyyət göstərir) yerli və xarici gənc məzunlara dünyanı gəzə bilmələri, perspektivlərini genişləndirmələri üçün "Dünya Səyahət Təqaüdü" (Bourses de Voyage Autour du Monde) proqramını yaratmışdır.
Kan dünya səyahəti zamanı gördüklərini tədqiqatçı intizamı ilə çatdırmaq üçün köməkçisi Dutertreyə fotoşəkillər və filmlər çəkib, qeydlər aparmağa tapşırdı. Beləliklə, Planet Arxivlərinin ilk nümunələri də formalaşmağa başladı. Üstəlik, bunlar ehtimal ki, Amerika, Cənubi Amerika və Asiyada çəkilmiş ilk rəngli şəkillərdir.
Planet arxivləri layihəsi Planet arxivlərinin məzmununu iki yerə bölmək olar: birincisi, təbiət, ətraf mühit, cəmiyyət, memarlıq, kənd yerləri, evlər, abidələr, gündəlik həyatdan səhnələr, ənənəvi geyimli insanlar, tacirlər, heyvandarlıq, əkinçilik və nəqliyyat kimi insan coğrafiyasına yönəlmiş mədəni və etnoqrafik dəyəri olan fotoşəkillər; digəri isə sosial, iqtisadi və siyasi hadisələrə işarə edən görüntülərdir. Bu qrupda 1913–30-cu illər arasında Fransa və Avropada baş verən siyasi və tarixi hadisələr, Birinci Dünya müharibəsinin yaratdığı dağıntılar, seçkilər, tətillər, müharibədən sonrakı sülh danışıqları kimi kritik hadisələr, o cümlədən filmlər var. left|thumb|276x276px|Paris 1928-ci il, Ogüst Leon Kanın aldığı ilk avtoxromlar cəzayirli peşəkar fotoqraf Culs Cervis-Kortellmonta məxsusidi. Sözügedən avtoxromlar Cəzayir və Tunisdə çəkilmiş 84 ədəd avtoxromdur. Bundan sonra Kan peşəkar fotoqraf və operatorlardan ibarət komanda yaratmış və onları dünyanın müxtəlif bölgələrinə göndərmişdir.
1909-cu il iyun ayında layihənin ilk peşəkar fotoqrafı Ogüst Leon komandaya daxil olur. Leon 20 il Avropanın müxtəlif hissələrində çalışmış açıqca fotoqrafı idi. Onun çəkdiyi ilk foto Parisdə bir küçədə məhəllə sakinlərinin daxil olduğu bir fotodur, lakin rəngli avtoxromun fokuslanma müddəti 8–10 saniyə arasında dəyişdiyi üçün şəkildəki insanların əksərinin üzü tam görünmür. Buna görə Kan fotoşəkillərlə yanaşı insan kimi hərəkət edən obyektləri lentə almaq üçün operatorlardan ibarət komanda da qurmaq qərarına gəlir.
Bəşəri coğrafiyanı (insan coğrafiyası) öyrənən və Planet arxivləri layihəsinin əsas simalarından biri də Cin Brunhesidi (1869–1930). O, Birinci Dünya müharibəsindən əvvəl Balkanlara səyahət etmişdi. Məqsədi qloballaşma nəticəsində tədricən yoxa çıxan kiçik iqtisadi və mədəni cəmiyyətləri yoxa çıxmadan əvvəl öz qaydasında sənədləşdirmək idi. Bir çox həmkarları kimi Brunhes də fotoqrafiya və kinematoqrafiya kimi vizual qeyd texnologiyasının əhəmiyyətini dərk edirdi. Buna görə də o, tədqiqatlarında fotoqrafiyadan obyektiv və etibarlı məlumat mənbəyi kimi istifadə etmişdir.
1913-cü il iyun ayının 3-də Brunhes Ogüst Leonla birlikdə Türkiyənin Bursa şəhərinə səyahət edir. Brunhes 1912-ci ildə layihə rəhbəri təyin olunmuşdu. O Kanın təlimatlarına uyğun olaraq günlük görüntülərə önəm verməli idi. Belə ki, perspektivdə həmişə mövcud olan subyektivliyi mümkün qədər aradan qaldırmaq üçün o, fotoqrafdan şəhər və ətrafının panoramasını ən geniş bucaqdan orta bucağa doğru irəliləyərək çəkməyi xahiş etdi. Nəticədə diqqəti cəlb edəcək detal fotoda öz əksini tapmalı idi. Bu detal isə mədəniyyətlər, körpü, küçələr, qadın və uşaqlar ya da sadə bir ev dekorasiyası ola bilərdi. thumb|263x263px|Passet tərəfindən çəkilmiş fotoşəkil. Ulan-Bator yaxınlığı. Bu gün hər hansı bir ərazinin fotoqrafik xəritəsini hazırlayarkən nəzərə alınmalı bir sıra məsələlər var. Məsələn, ərazini müəyyən edən hər hansı bir xüsusiyyətin fotoşəkilini çəkmək, ərazinin ümumi xüsusiyyətlərini göstərən binaların, yolların fotoşəkillərinin çəkilməsi, regionun həm geniş bucaqlı, həm də detallı kadrlarının çəkilməsi, insan müxtəlifliyini və gündəlik həyatını, fəaliyyətinin fotoşəkilini çəkmək, keçmişi əks etdirən köhnə binaları və dəyişiklikləri, məsələn, söküntü və ya tikintini göstərmək kimi nüanslar fotoqrafiyada olduqca əhəmiyyətlidir. Bu tip vizual xəritəçəkmə işləri antropologiyadan coğrafiyaya qədər müxtəlif fənlər üçün köməkçi metod kimi istifadə olunur. Cin Brunhes da çəkdiyi fotoşəkillərdə və Planet arxivlərinin fotoqraflarına verdiyi təlimatlarda oxşar sistemdən istifadə etmişdir.
Ölkələr və mədəniyyətlər thumb|243x243px|Qutuda həbs olmuş monqol qadını, 1913 Kelt tarixi üzrə təlim keçmiş, İrlandiya ilə yaxından tanış olan Marqarit Mespulet (1880–1965) qrupun yeganə qadın fotoqrafı kimi 1913-cü ildə İrlandiyada doqquz həftə ərzində Kelt icmalarının fotoşəkillərini çəkmişdir. Bu fotoşəkillər son dərəcə əhəmiyyətlidir. Çünki fotolarda İrlandiyanın son Kelt icmasının gündəlik həyatı, onların ənənəvi geyimləri də qeydə alınıb. Balıqçılıqla məşğul olan kelt xalqı təxminən iyirmi il sonra iri balıqçı gəmilərinin inkişafı ilə yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı. Mespuletin çəkdiyi fotolarda kişilərin balıq tutmasını, qadınların isə bazarda bu balıqları satmasını görürük. Qadınlar çay kənarında balıqları təmizləyir, bəziləri isə tipik Kelt evlərinin qarşısında gəzirlər. Mespuletin çəkdiyi məşhur fotolardan biri qırmızı ənənəvi şal geyinmiş gənc qızın (Colleen) fotoşəkilləridir. Mespoulet həmçinin İrlandiyada kartof qıtlığı dövründən qalan kəndlərin və xarabalıqlarının fotolarını çəkmişdir. Albert Kan, 73 avtoxromla yanaşı gündəlik qeydlər də aparan Mespuletin işindən olduqca razı qalmışdır.
Albert Kan hansı fotoqrafı, nə vaxt və hara göndərəcəyinə çox diqqətlə qərar verir. Məsələn, sənədli fotoqrafiya sahəsində özünəməxsus baxış bucağına malik olan Stefan Passet (1875-?) daha çox Asiya ölkələrinə göndərilmişdi. Kan Passeti Çinə imperatorun devrilib, Respublikanın qurulduğu bir vaxtda göndərir. Respublikanın qurulması ilə önü qırxılmış, arxası uzun olan tək hörük şəklində ənənəvi saç düzümləri və geyimlər dəyişdi. Filmdə ayaq bağlama ənənəsinə məruz qalan qadınları görürük (Cümhuriyyətlə qadağan edilmişdi). Onun çəkdiyi bu ənənələr ilk və bəlkə də sonuncu dəfə avtoxromla qeydə alınmışdı. Digər tərəfdən, Passet dülgərlər və kəndir ustaları kimi bəzi sənətkarların fotoşəkillərini də çəkdi. Fotoşəkillərin birində biz ustaların ənənəvi üsullarla daş kəsdiyini görürük. Passet Çində 500-ə yaxın avtoxrom çəkib.
Passet 1913-cü ildə Çindən Monqolustana səyahət edir. Monqolustan 1911-ci ildə Çindən ayrılaraq müstəqilliyini elan etmişdi. Ölkənin ilk rəngli fotoları Passet tərəfindən çəkildi. Bu fotolarda çöllər, düzənliklər, günəş əsas ünsürlərdir. Fotolarda paytaxt Ulan-Batorda rus əsgərlərini görürük. Bundan başqa ənənəvi geyimlərdə qadınlar və köçəri xalqlar da qarşımıza çıxır. Passet Ourqada məhkumların da fotoşəkillərini çəkmişdir. Bu şəkillərə əsasən Monqolustanda cəza sisteminin köçəri ənənələrə uyğun tətbiq edildiyi qənaətinə gəlmək mümkündür. Monqolustanda buddistlər dövlətdə əsas söz sahibləri idilər. Keşişlərin mərtəbələri geyindikləri geyimlərin rənginə əsasən müəyyən olurdu. Passetin Buddist monastrında çəkdiyi fotolar bu baxımdan böyük əhəmiyyət daşıyır. 1930-cu ildə Kommunist rejimin gəlməsi ilə dinin qadağan olunması nəticəsində 30 keşiş öldürülür. Bu və bunun kimi hadisələri əks etdirən fotoşəkillərə Planet arxivlərində tez-tez rast gəlmək mümkündür.
Monqolustandan qayıtdıqdan sonra Kan onu Balkan müharibələrinin törətdiyi dağıntıları çəkməsi üçün bura göndərir. 1913-cü ildə o, Makedoniyaya çatanda burada yaşayan kəndlilər öz yaşayış yerlərini tərk edirdi. Passet Türkiyəyə köç edən kəndlilərin həm fotolarını həm də filmlərini lentə almışdır.
Birinci Dünya müharibəsi və sonrası