Nazim Sadıxov () — UFC-də çıxış edən Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti iştirakçısıdır.

Həyatı Nazim Sadıxov 6 yaşı olanda ailəsi ilə birlikdə Azərbaycanın paytaxtı Bakıdan ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərinə köçmüşdür. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başladı.

Karyerası 6 avqust 2022-ci ildə, Sadıxov əfqan əsilli MMA döyüşçüsü Əhməd Həssənzadə ilə Dana White's Contender Series - Contender Series 2022 yarışmasında yüngül çəkidə qarşılaşdı və UFC prezidentinin qarşısında kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağladı. Sadıxov, üçüncü raundun 1:59-cu dəqiqəsində sağ çəngəl (right hook) zərbəsi ilə Həssənzadəni nokaut (KO/TKO) edərək qalib gəlmişdir.Sadykhov's overhand right takes out Hassanzada, ESPN.

Nazim Sadıxov UFC-də ilk görüşünü 18 fevral 2023-cü ildə, UFC Fight Night: Andrade vs. Blanchfield turnirində amerikalı Evan Elder-ə qarşı keçirib və üçüncü raundun 0:40-cı dəqiqəsində TKO (texniki nokaut) ilə qalib gəlib.

16 iyul 2023-cü ildə, UFC Fight Night: Holm vs. Bueno Silva turnirində amerikalı Terrensi Makkenniyə qarşı döyüşün ikinci raundunun 1:08-ci dəqiqəsində boğma texniki fəndi ilə (SUB) qələbə qazanıb. Həmin il noyabrın 12-də keçirilən UFC 295 turnirində, Sadıxov rusiyalı döyüşçü Vyaçeslav Borşovla qarşılaşıb və görüş heç-heçə nəticələnib. Bu qarşılaşma “Gecənin ən yaxşı performansı” mükafatına layiq görülüb.

16 fevral 2025-ci ildə, UFC Fight Night: Cannonier vs. Rodrigues turnirində braziliyalı döyüşçü İsmael Bonfim ilə qarşılaşan Nazim Sadıxov, birinci raundun son saniyəsində (5:00) TKO (texniki nokaut) ilə qalib gəlmişdir.

21 iyun 2025-ci ildə keçirilən UFC Fight Night: Hill vs. Rountree turnirində Sadıxov braziliyalı döyüşçü Nikolas Motta ilə qarşılaşıb və ikinci raundun 4:21-ci dəqiqəsində TKO (texniki nokaut) ilə qalib gəlib. Bu qarşılaşma “Gecənin ən yaxşı performansı” və “Gecənin döyüşü” mükafatlarına layiq görülüb.

2026-cı ilin iyununda Bakıda keçirilən UFC Fight Night: Baku turnirində braziliyalı Mateus Kamilo ilə qarşılaşan Sadıxov birinci raundda nokautla məğlub olmuşdur.

Sadıxov karyerası boyu 14 görüşdə 11 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə yaşayıb. İstinadlar

Xarici keçidlər UFC-də Nazim Sadıxovun profili ESPN-də Nazim Sadıxovun profili

fighttime.ru saytındakı döyüş statistikası

Kateqoriya:UFC döyüşçüləri Kateqoriya:Azərbaycandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Azərbaycanlı UFC döyüşçüləri