"Radikal" — Türkiyədə gündəlik qəzet. "Doğan Yayın Holding"ə məxsusdur. 1996-cı ildə nəşr olunmağa başlayan qəzetin çap nəşri 2014-cü ilin iyununda, rəqəmsal nəşri isə 2016-cı ilin martında başa çatmışdır.

Tarixi "Radikal" qəzeti 1996-cı ildə çap olunmağa başlayıb. Bu, ABŞ-nin "The New York Times" və Britaniyanın "The Guardian" qəzetlərinin versiyasıdır. "Radikal İki", "Radikal Kitap" və "Radikal Hayat" adlı əlavə nəşrləri var idi. 17 oktyabr 2010-cu ildən tabloid ölçüsündə nəşr olunur.

"Radikal" 21 iyun 2014-cü il tarixində zərər etdiyinə əsaslanaraq nəşrini dayandırmış və rəqəmsal jurnalistikaya keçid etmişdir.4 . http://www.radikal.com.tr/turkiye/radikal_bildiginiz_radikal-1196990

Qəzetin baş redaktoru olan Ezgi Başaran 2 dekabr 2015-ci ildə işini Cem Erciyesə təhvil vermişdir.

"Radikal"ın fəal köşə yazarları 4 aprel 2016-cı il tarixində qəzetin saytında öz "vəda" məqalələrini dərc etmişdilər.

İstinadlar

Kateqoriya:İstanbul qəzetləri Kateqoriya:Türk dilində qəzetlər Kateqoriya:1996-cı ildə yarananlar Kateqoriya:Türkiyə qəzetləri Kateqoriya:Nəşri dayanan gündəlik qəzetlər