Kanat Kalaşeviç Kürdoyev (, ) və ya təxəllüssü ilə Kanate Kürdo (; ) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur.
Həyatı Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur. 1939–1941-ci illərdə SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun baş elmi işçisi olmuşdur. Böyük Vətən müharibəsi zamanı, 1943–1945-ci illərdə 2-ci Baltik cəbhəsində döyüşmüşdür.
Kürdoyev 1945–1947-ci illərdə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsində baş müəllim işləmişdir. O, 1950-ci ildən ölümünə qədər SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin baş elmi işçisi olmuşdur.
İstinadlar
Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Rusiya şərqşünasları Kateqoriya:Kürd alimlər Kateqoriya:Dərslik müəllifləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Kürd dilində yazan yazıçılar Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları