V. İ. Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası () və ya qısaca "VASXNİL" () — SSRİ-nin su, meşə və kənd təsərrüfatı üzrə ali elmi-tədqiqat və əlaqələndirmə-metodik müəssisəsi.П. П. Павлов: 50 лет Всесоюзной ордена Ленина академии сельскохозяйственных наук имени В. И. Ленина / Под ред. П. П. Павлова. — М: 1979 Onun sisteminə 150-dən çox elmi müəssisə daxil idi.
Tarixi 25 iyun 1929-cu ildə SSRİ Xalq Komissarları Sovetinin "V. İ. Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının təşkili haqqında" dekreti verilmişdir. Bu tarix "VASXNİL"-in yaranma günü hesab olunur.Об организации Всесоюзной Академии Сельско-Хозяйственных Наук имени В. И. Ленина , 25.06.1929.
1930–1940-cı illərdə "VASXNİL" görüşləri lısenkoçular və genetiklər arasında polemika üçün platforma rolunu oynamışdır. 1936-cı ildə "VASXNİL"-in dekabr sessiyasından sonra (19–27 dekabr 1936-cı il) Trofim Lısenko "VASXNİL"-ə nəzarəti ələ keçirmiş, bundan sonra akademiya otuz il ərzində lısenkoçuluq qalasına çevrilmişdir. "VASXNİL"-in avqust sessiyasında (31 iyul–7 avqust 1948) "Mendel-Veysman-Morqan" genetikasının tədrisinə rəsmi qadağa qoyulmuşdur. 1949-cu ildə akademiya "Lenin" ordeni, 1979-cu ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
1992-ci ildə SSRİ-nin dağılması və müstəqil Rusiyanın yaranması ilə əlaqədar akademiya fəaliyyətini dayandırmışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Биографическая энциклопедия РАСХН, ВАСХНИЛ Сибирское отделение РАСХН
Kateqoriya:1929-cu ildə yarananlar Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Vladimir İliç Leninin şərəfinə adlandırılmış obyektlər