Konsul () — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisindəki konsulluğunun rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır.

Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası müəyyən edirVienna Convention on Consular Relations 1963.

Konsul dərəcəsi Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər.

Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksəkvəzifəli konsuldur. Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.

Konsulun təyin olunması və funksiyalarının xitam olunması Konsullar, bir qayda olaraq, xarici işlər idarəsi tərəfindən təyin olunur. Təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd - konsul patenti verilir. Bu sənəddə həmin şəxsin adı, rütbəsi, tutduğu vəzifə, konsul dairəsi və konsulluğun yerləşdiyi yer göstərilir. Konsul patenti diplomatik kanallar vasitəsilə qəbul edən dövlətin hökumətinə göndərilir. Həmin dövlət (adətən, xarici işlər idarəsi), əgər təyin olunmuş şəxsə etirazı yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazə - ekzekvatura verir. Ekzekvatura ya ayrıca sənəd, ya da konsul patentinin üzərində təsdiqləyici yazı şəklində olur. Ekzekvaturanın verildiyi andan konsul missiyası başlanmış sayılırL.Hüseynov. Beynəlxalq hüquq. Bakı, 2012, s.154..

Konsulluq dairəsinin hüdudları və ya konsulluq idarəsinin başçısının dərəcəsi dəyişərkən, o, yeni patent və ekzekvatura almalıdır. Konsulluğun heyətinin digər üzvləri üçün bu, tələb olunmur; lakin qəbul edən dövlətin xarici işlər idarəsi onların təyinatı barədə məlumatlandırılmalıdır. Diplomatik nümayəndəliklərin konsul şöbələrinin müdirləri üçün, bir qayda olaraq, konsul patentinin göndərilməsinə və ekzekvaturanın alınmasına ehtiyac yoxdur. Diplomatik heyətin digər üzvləri kimi, onların təyin olunması haqqında qəbul edən dövlətin müvafiq orqanına, sədəcə olaraq, məlumat verilirL.Hüseynov. Beynəlxalq hüquq. Bakı, 2012, s.154..

Konsulun missiyası aşağıdakı hallarda sona yetir:

onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağırılması; konsulun persona non grata elan olunması; konsul patentinin müddətinin başa çatması; konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən çıxması; konsulluq idarəsinin bağlanması; konsulluq münasibətlərinin xitam olunması; təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlamasıL.Hüseynov. Beynəlxalq hüquq. Bakı, 2012, s.154..

İstinadlar

Kateqoriya:Beynəlxalq hüquq Kateqoriya:Qubernatorluq titulları